AraşdırmaManşet

Sərhəddimizdə erməni partizan dəstələri yaradılır: ABŞ HƏRBÇİLƏRİ ONLARA XÜSUSİ TƏLİM KEÇİR

Ermənistan Azərbaycanla sərhəddə xüsusi dəstələr hazırlamağa başlayıb. JAMAZ.İNFO ABŞ-da yerləşən “Washington Examiner” xəbər saytına istinadən xəbər verir ki, partizan dəstələrinə bənzəyən həmin qrupların hazırlanmasını Amerika ordusunda tərxis olunmuş və pensiyaya çıxmış zabitlər həyata keçirirlər.

Bundan başqa, həmin dəstələrin hazırlanması prosesinə ABŞ ordusunda xidmət edən və hazırda özəl mühafizə xidməti şirkətlərində çalışan peşəkarlar da cəlb olunublar. İşin ən dəhşətli tərəfi odur ki, amerikalı hərbçilər Azərbaycan-Ermənistan sərhəddində yerləşən erməni kəndlərdə keçdikləri təlimlərə uşaqları da cəlb ediblər və onlara silahdan istifadəni öyrədirlər.

Xəbərdə deyilir ki, hal hazırda təlim keçən şəxslər ABŞ-da qeydiyyatdan keçmiş “Phoenix Cesaret Okulu” adlı şirkətin işçiləridir. Onların hamısı Amerioka ordusunda xidmət etmiş şəxslərdir. Ermənistanda partizan dəstələri və kiçik döyüş qrupları hazırlayan hərbçilərin rəhbəri isə ABŞ Hərbi Hava Qüvvələrində Xüsusi Təyinatlı olaraq 13 il xidmət etmiş, “Aram” ləqəbli kapitan dayanır. Onun əslən Livan ermənisi olduğu bildirilir.

“Washington Examiner”in yaydığı xəbərə görə, sözügedən qrup yerli əhali arasında təlim keçmək istəyənləri bir araya gətirərək, ildə ən azı 2-3 min nəfəri xüsusi hazırlaya biləcəklərini bildiriblər. Qeyd edilir ki, təlim keçirilməsi Azərbaycanla növbəti müharibə zamanı öz kəndlərini qorumaq məqsədi daşıyır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button