DünyaManşet

Sabahdan Ukraynanın hava məkanı bağlanır

Ukrayna ilə Rusiya arasında gərginlik pik həddədir. Dünən açıqlama verən Ukrayna prezidenti Volodimir Zelinski bəyan edib ki, onların kəşfiyyat məlumatına görə, Rusiya fevralın 16-da hücuma başlayacaq.

Donbas və Luqanski ətrafında yaşanan gərginlik fonunda dünən Donetskidə baş verən partlayış ciddi narajhatlığa səbəb olub. Bu gün isə Britaniya sığorta şirkətləri dünyanın aparıcı aviasiya şirkətlərinə müraciət edərək, onlardan fevralın 14-dən etibarən Ukrayna üzərindən uçuşları dayandırmağı xahiş edib. JAMAZ.İNFO xəbər verir ki, şirkət bu məhdudiyyətin iki sutka çəkəcəyini bəyan edib. “Britaniya sığorta şirkətləri Ukrayna hava məkanının onlar üçün bağlandığənı bəyan edib. Fevralın 14-dən etibarən sığorta şirkətləri ilə işləyən aviakompaniyaların təyyarələri Ukraynaya və Ukraynadan heç bir uçuş həyata keçirməyəcək”.

İngilis şirkətləri bildirib ki, məhdudiyyətin tətbiqinə səbəb Rusiyanın Ukraynaya hücum edəc biləcəyi ilə bağlıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button