ManşetÖlkə içi

Şahin Mustafayev Mqer Qriqoryanla sərhəddə görüşdü

Bu gün Azərbaycanın baş nazirinin müavini, habelə Delmitasiya Komissiyasının sədri Şahin Mustafayevlə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan-Ermənistan sərhəddində görüşüblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüş iki ölkə arasında müvafiq tapşırıqlar əsasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində baş tutub.”Tərəflər demarkasiya və digər müvafiq məsələlər, o cümlədən sərhəd təhlükəsizliyi üzrə komissiyalar çərçivəsində işləməyə hazır olduqlarını təsdiqləyiblər. Komissiyaların birgə fəaliyyətinin təşkilati-prosessual məsələləri müzakirə olunub”.

Qeyd edilir ki, tərəflər dövlətlərarası sərhəddə keçirilən görüşlərlə yanaşı, komissiyaların növbəti iclasları üçün müxtəlif platformalardan istifadənin məqsədəuyğunluğu barədə razılığa gəliblər. “O cümlədən, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə olunub”.

Görüşün konkret olaraq sərhəddinən hansı hissəsində keçirildiyi barədə məlumat verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button