ManşetÖlkə içi

Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı: Gecə komaya düşübmüş

40 gündən çoxdur aclıq aksiyası keçirən siyasi məhbus Saleh Rüstəmli bu gün aclığı dayandırıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə bu gün onunla görüşən həkim Adil Qeybulla məlumat verib.

Lakin Qeybulla Rüstəmlinin hansı səbəbdən aclıq aksiyasını dayandırması barədə bilgi verməyib.

Qeyd edək ki, Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov bu gün özünün sosial şəbəkədəki hesabında bildirmişdi ki, atası dünən gecə komaya düşüb. Həkimlərin səyləri nəticəsində vəziyyətdən çıxarılıb. Ümumilikdə isə durumunun ağır olduğu bildirilir.

Bu əsnada, o da məlum olub ki, vəkilləri 10 gün önbcə Saleh Rüstəmlinin vaxtından əvvəl azaqdlığa buraxılması üçün məhkəməyə müraciət ediblər. Güman edilir ki, bu gün həmin vəsadətə baxılacaq.

Xatırladaq ki, AXCP üzvü olan Saleh Rüstəmli həbsini siyasi sifariş hesab edir. Aclıq aksiyasına başlamasına səbəb də haqsız yerə həbsinə etiraz etməsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button