ManşetSiyasət

Senssasiyalı iddia: Paşinyan 16 noyabrda daha bir sənəd imzalayıb

Ermənistan mediası daha bir sensasiyalı məlumat yayıb. JAMAZ.İNFO xəbər verir ki, məlumatın mənbəyi “Hraparak” qəzetidir.

Qəzet iddia edir ki, Sünik vilayətinin aqibəti də Qarabağdakı kimi olacaq. Bundan başqa, “Hraparak” Ermənistanın baş naziri Nikol Paşinyanın daha bir sənəd imzaladığını iddia edib.

Məlumatda qeyd edilir ki, ötən həftə baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizi mövzusunun, nəhayət, bağlandığını açıqlasa da, proseslər və qarşı tərəfin bəyanatları, habelə Sünikdə son hərbi əməliyyatların məhz həmin dəhliz üçün olduğunu deməyə əsas verir. “Azərbaycan Ordusunun son günlər Sisian-Cermuk sektorunda mövqe irəliləyişləri, məlum olduğu kimi, noyabrın 16-da genişmiqyaslı hərbi əməliyyatlara çevrilib. Ermənistan tərəfinin qeyri-rəsmi məlumatlara görə, onlarla hərbçi ölüb, əsir və yaralılar var. Deputat Eduard Ağacanyanın sözlərinə görə, söhbət təxminən 41 kvadrat kilometr ərazinin əldən çıxmasından gedir”.

Erməni nəşri yazır ki, dünən axşamdan rusların vasitəçiliyi ilə döyüşlər dayandırılıb. “Hazırda nisbi sakitlikdir. Lakin erməni tərəfinin həm insan, həm də ərazi itkiləri ilə bağlı sükut hökm sürür. Müdafiə Nazirliyi açıqladığı məlumatla ziddi olaraq, Nikol Paşinyanın ailəsinə yaxın qəzeti isə məlumatlı mənbələrə istinadən dünən 10 əsgərin ölməsinə dair məlumat yayıb. Ağacanyan isə “Azatutyun” efirində 15 əsgərin öldüyünü deyib. Əslində isə daha çox ölünün olduğu dəqiqdir”.

“Hraparak” döyüşlərin dayandırılması üçün hər hansı bir razılaşmanın əldə olunmadığını da vurğulayıb. Nəşr qeyd edir ki, Sünikdə baş verənlərin səbəbləri ilə bağlı qeyri-rəsmi versiyalar var. “Məlum olduğu kimi, noyabrın 10-dan əvvəl Nikol Paşinyanın müharibədən və kapitulyasiya sənədinin imzalanmasından bir il sonra Moskvaya gedəcəyi, demarkasiya və delimitasiya prosesi ilə bağlı daha bir üçtərəfli sənədin imzalanacağı, o cümlədən müqavilənin bağlanacağı barədə məlumatlar var idi. Bildirilirdi ki, Naxçıvandan Azərbaycana Sünik vasitəsilə yol Dəhliz kimi yox, Rusiya sülhməramlılarının nəzarət edəcəyi formada açıqlacaq. Həmin yolda isə gömrük postları qurulacaq. Bunu da ruslar edəcəklər”.

“Hraparak” yazır ki, birinci variant budur ki, Paşinyan bundan əvvəl yeni üçtərəfli sənədi imzalamağa razılaşsa da, müxalifətin xalqı qıcıqlandıraraq, onu hakimiyyətdən devirəcəyindən qorxaraq, geri çəkilib. “Lakin müqavilənin imzalanması qüvvədədir. Nikol Paşinyan sadəcə olaraq Moskvaya getməkdən imtina edib və imzalanmağı təxirə salıb. Paralel olaraq Azərbaycanla Ermənistandakı gedişini qısamüddətli hərbi əməliyyatlarla əsaslandırmaq, bunun üçün münbit zəmin yaratmaq üçün razılığa gəlib. Ardından isə sənəd imzalanmalı və demarkasiya başlanmalıdır. Yəni sülh yolu ilə təhvil verə bilmədiklərini, 44 günlük müharibə zamanı olduğu kimi, yeni müharibəylə verəcək”.

Qəzet bunun ardından iddia edir ki, Nikol Paşinyanın Qarabağda müharibənin dayandırılması barədə verilən təklifləri qəbul etməməsinin səbəbi “satqın” damğası vurulmaması ilə bağlı olub. “İndi isə Ermənistanın bəxtiyar lideri “əziz camaat”ı məcburi qərar verdiyinə inandıra bilmək üçün Sünikdə onlarla qurban vermək qərarına gəlib”.

“Hraparak” sonda bildirib ki, döyüşlər dayandırlan gecə Paşinyan elə yolda olarkən, yeni sənəd imzalayıb. Lakin qəzet, bu sənədin konkret olaraq nələri ehtiva etdiyi barədə məlumatı dəqiqləşdirməyin mümkün olmadığını açıqlayıb. –

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button