ManşetSiyasət

Separatçı “deputat”ı “Laçın Dəhlizi”ndə saxladılar: “Azərbaycanlı Zat Aliləri…” – FOTOLAR

Qarabağdakı erməni separatçıların nümayəndəsi, qondarma” parlamentin” “deputat”ı Metaxe Akopyanı bu gün axşam saatlarında Laçın Dəhlizində saxlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Akopyan özünün Facebook səhifəsində məlumat yayıb.

O bildirib ki, 1 saatdan çoxdur Laçın Dəhlizinin girişində gözləyirlər. “Bir saatdır gözləyirəm ki, Qarabağa girə bilim”.

Daha sonra “Aysor” saytına açıqlama verən Akopyan bildirib ki, dəhlizdə 1 saat gözləmələrinə səbəb Azərbaycan Ordusunun növbə dəyişikliyi etməsi və hərbi maşın karvanının hərək etməsi olub. “Nəhayət, bir az əvvəl Qarabağa daxil ola bildik. Azərbaycanb hərbçilərinin yerdəyişməsi ilə əlaqədar yol bağlanmışdı. Ona görə də, biz bir saat gözlədik”.

O deyib ki, dayanıb, gözlədilkləri yer Zabux qəsəbəsindəki Azərbaycan və rus hərbçilərinin postlarıdır. “Qarşı tərəfdəki insanlar Azərbaycanlı Zati-Alilərinin keçməsini gözləmək üçün dayandılar”.

Metaxe baş verənlərdən “narazılıq” da edib. “Birinci biz keçməli olduğumuz halda, onlar keçirlər”.

Xatırladaq ki, Metaxe Akopyan hələ bir müddət əvvəl açıqlama yayaraq, Xankəndidən kənarda hər yerdə Azərbaycan Bayrağı asıldığını, bunu “dəhşətli hadisə” olduğunu və qorxduğunu qeyd etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button