ManşetÖlkə içi

Separatçılar Bakı ilə danışıq aparmaq istəyirlər: “Bərabərhüquq”lu şəkildə

“Ermənistan Minsk Qrupu formatı çərçivəsində Qarabağ məsələsi ilə bağlı danışıqlara başlamağa hazırdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib.

O qeyd edib ki, məsələnin dinc və sülh yolu ilə həlli hər zaman gündəmdədir.

Bu əsnada, Qarabağdakı separatçıların “əlmeymunu”, özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan da danışıqlar məsələsindən danıəşıb. O deyib ki, Azərbaycanın tərkibində istənilən səviyyədə status onlar üçün qəbuledilməzdir. “Bu Qarabağda yaşayan erməni xalqının qəti mövqeyidir. Eyni zamanda, rəsmi Bakının yaratdığı və davamlı olaraq adını çəkdiyi “Qarabağın Azərbaycan İcması”nı tanımırıq və qəbul etmirik. Qarabağ “Respublikası” Azərbaycanla bərbaərhüququlu şəkildə danışıqlar aparmağa hazırdır. Bütün məsələləri, hətta ən çətin mövzuları, problemlərin həlli yollarından danışa bilərik”.

P.S. Ararat Mirzoyanın Qarabağla bağlı danışıqlara hazır olmaları ilə bağlı dedikləri rus politoloq Sergey Markedonovun yanaşmasını ortaya qoyur. Həqiqətən də ermənilərin heç bir təsir vasitəsi qalmayıb, yeganə məsələ “Qarabağın statusu”nu gündəmdə saxlamaqdır.

Qarabağdakı separatçıların “əlmeymunu”na gəldikdə isə Babayan hələ də elə hesab edir ki, onları adam yerinə qoyan var. Hər addımda özünü ortaya atıb, “bizdə varıq” desə də, onları nə sayan var, nə tərəf hesab edən. Və həmişə də belə olacaq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button