ManşetSiyasət

Separatçıların nümayəndəsi: “Hər yerdə Azərbaycan Bayrağı asılıb, adam dəli olur”

“Xankəndini tərk edən ki, az qala dəli olursan. Hər yerdə Azərbaycan Bayraqları asılıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu qondarma “DQR”in “parlamentində” təmsil olunan “deputat” Metakse Akopyan deyib.

Akopyan Azərbaycan Bayrağını görəndən sonra dəli olmaq həddinə gəldiyini, bu azmış kimi, yolda azərbaycanlıların hərəkət etməsini müşahidə etdikdən sonra halının pisləşdiyini də deyib. “Yolda üç azərbaycanlının sakitcə getməsi adamı daha da dəli edir. Şuşa bütünlüklə dağıdılıb, tamamilə dəyişib, dəhşətdir. Şuşadakı kilsə də yavaş-yavaş dəyişir və tezliklə yoxa çıxacaq. Amma siz Arayik Harutyunyan və Nikol Paşinyan asfalt çəkirsiz, usta alətini camaatın başına çırpırsız, ancaq yalan danışırsız, yalan danışırsız, aldadırsız insanları. Bu “xilas” edəcək sizi”.

P.S. Tezliklə Xankəndidə Azərbaycan Bayrağı asılandan sonra Akopyan lap dəli olacaq. Və yəqin ki, onu Maştağadakı Ruhi-Əsəb Dispanserində müalicə etməyimiz lazım gələcək. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button