ManşetSiyasət

Separatçıların Qarabağda yeni fırıldağı: “əsgər”lərini fond işçisi kimi təqdim edirlər

Xəbər verildiyi kimi, bir neçə gün qabaq Xocalı rayonunun Pirlər (Xramort) kəndi yaxınlığında ermənilər təxribata əl atmışdılar. JAMAZ.İNFO xəbər verir ki, ermənilər həmin vaxt səngər qazamaqla yanaşı, həm də Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqdan da çəkinməmişdilər.

Qeyd edək ki, həmin hadisələr zamanı bir erməni yaralanmışdı.

Bu gün məlum olub ki, Qarabağdakı separatçılar yeni fırıldağa əl atmağa başlayıblar. Onlar müxtəlif təşkilatlara müraciət edərək, vay-şüvən salıblar. Həmin vay-şüvən də ondan ibarətdir ki, separatçılar “Azərbaycan etnik təmizləməyə hazırlaşır”, “bizi soyqırım edəcəklər” deyə yazıblar. İşin ən maraqlı tərəfi odur ki, Qarabağda qeyri-qanuni silahlı dəstələr saxlayan ermənilər öz əməllərini ört-basdır etmək üçün Pirlər kəndində baş verən hadisələri başqa şəkildə qələmə veriblər.

Belə ki, həmin “müraciət”lərində və qondarma “prokurorluğun” yaydığı məlumatda qeyd edilir ki, guya, Pirlər yaxınlığında Azərbaycan Ordusunun atəşə tutması nəticəsində yaralanan erməni “Gələcək Nəsil Fondu”nun əməkdaşı imiş. Hətta onların sayının 1 yox, 3 nəfər olduğunu iddia ediblər.

P.S. Atlarda yaxşı bir misal var: “Yalançının yaddaşı olmaz”. Bu zavallılar məhz həmin yalançının günündədirlər. Çünki bir müddət əvvəl özləri məlumat  yaymışdılar ki, yaralanan şəxs qondarma “sarsax ordusunun” “əsgəri” imiş. Onların da sayı 3 yox, 1 nəfər olub. İndi özlərini “məzlum”, “əzabkeş” göstərmək, hansısa təşkilatların yanında yalmanmaq, tula payı almaq üçün öz dediklərini təkzib edib, ənənələrinə və xaraketrlərinə uyğun yalan danışmağa başlayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button