AraşdırmaManşet

SOCAR-da 13 milyard manatlıq “müəmma”: BU QƏDƏR PULUN HARA YOXA ÇIXDIĞI BİLİNMİR  

Məlum olduğu kimi, bu ilin yanvarında prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Həmin gərmana əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.

Qeyd edək ki, yeni yaradılmış Müşahdiə Şurası SOCAR-la bağlı bir sıra səlahiyyətlərə malikdir. Onlardan biri şirkətin yenidən təşkili və ləğvidi. Digəri isə SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi aiddir. Eyni zamanda, Müşahidə Şurası SOCAR-ın maliyyə vəziyyətini təftiş etmək məqsədi ilə yoxlamalar aparmaq səlahiyyətinə malikdir.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, SOCAR-ın Müşahidə Şurasının qərarı ilə İqtisadiyyat Nazirliyi fevral ayından bəri SOCAR-da maliyyə yoxlamalar həyata keçirib. Həmin araşdırmaların 2005-2021-ci illəri əhatə etdiyi deyilir. İlkin maliyyə yoxlamaları zamanı məlum olub ki, 16 il ərazində SOCAR 13 milyard manat “kəsir” mövcuddur. Belə ki, həmin vəsaitin hansı məqsədlər üçün xərcləndiyinə şirkət rəhbərliyi aydınlıq gətirə bilməyib. Bundan əlavə, SOCAR-ın dövlət büdcəsinə ödənilməli olan vergi rüsumlarından yayındığının da üzə çıxdığı deyilir.

JAMAZ.İNFO-ya məlumat verən mənbə qeyd edir ki, nazirliyin əməkdaşları həmin “təyinatdan kənar xərclənən” vəsaitlə bağlı protokol tərtib edərək, bu barədə dərhal rəhbərliyə məlumat veriblər. Bundan sonra Müşahidə Şurasının rəhbəri Mikayıl Cabbarovun göstərişi ilə SOCAR-da daha geniş miqyaslı yoxlamalara start verilib.

Məlumatda iddia edilir ki, proseslərin gedişatı Rövnəq Abdullayev üçün yaxşı perspektiv vəd etməyəcək. Hətta belə bir məlumat da mövcuddur ki, bir neçə gün əvvəl işdən çıxarılan vitse-prezidentlərin də məhz bu məsələyə görə, qovulublar. Həmin vitse-prezidentlərlə yanaşı, Rövnəq Abdullayev haqqında da cinayət işinin açıla biləcəyi güman edilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button