ManşetSosial

SOCAR-dan biabırçı addım: “Xankəndi” və “Şuşa” gəmilərinin adını dəyişdirdi – FOTOLAR

2014-cü ildə Dubayda təsis edilən SOCAR Logistics DMCC-nin törəmə şirkəti olan, Maltada qeydiyyatdan keçən Thrace Shipping Ltd şirkəti 2017-ci ildə “Palmali”dən aldığı “Xankəndi” gəmisinin adını dəyişib. Onu  “FMT EFES” adlandırıb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı ADRP-nin sədri, tanınmış iqtisadçı-alim Qubad İbadoğlu yayıb.

O bildirib ki, SOCAR Logistics DMCC-nin digər törəmə şirkəti olan, Maltada qeydiyyatdan keçən Phrygia Shipping Ltd da eyni yolu gedərək, 2017-ci ildə “Palmali”dən aldığı “Şuşa” gəmisinin adını dəyişərək “FMT Urla” doyub.

Qeyd edək ki, SOCAR-ın Azərbaycan üçün önəmli olan hər iki addan imtina etməsi və onu hansısa xarici bir adla əvəzləməsi biabırçılıqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button