ManşetÖlkə içi

Sünik Qanköçürmə Məntəqəsi əhaliyə müraciət etdi: “Qana ehtiyacımız var”  

Ermənistan tərəfi törətdiyi təxribatın cavabı olaraq itkilərinin sayını gizlətməyə çalışsa da, baş verən hadisələr bunun real olmadığını deməyə ciddi əsas verir. JAMAZ.İNFO xəbər verir ki, bu gün Sünik Regional Qanköçürmə Stansiyası yerli sakinlərə və hökumətə müraciət edib.

Stansiya rəhbərliyi bəyan edib ki, ciddi şəkildə qan ehtiyatına ehtiyacları var və bu səbəbdən də hamıdan dəstək istəyirlər. “Qanköçürmə Stansiyasına daxil olan yaralıların həyatını qurtarmaq üçün qana ehtiyacımız var. Əhalidən xahiş edirik ki, bizə müraciət edib, yardım etsinlər”.

Bu müraciətin özü də təsdiq edir ki, Ermənistan ordusu gecə törətdiyi təxribatın qarşılığını lazımınca alıb. Üstəlik, yaralılarının sayı həddindən artıq çoxdur.

Ermənistan Müdafiə Nazirliyi isə bəyan edib ki, hal hazırda ölən əsgərlərinin sayı 49 nəfərdir. “Hal hazırda ölən əsgərlərdən 49 nəfərinin adını dəqiqləşdirə bilmişik. Bu barədə əlavə məlumat verəcəyik. Yaralıların da kimliklərini dəqiqləşdirdikdən sonra cəmiyyətə məlumat veriləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button