GündəmManşet

Şuşa Mədəniyyət Evində ölən erməni polislərin say nə qədər olub? – MÜHARİBƏ İLƏ BAĞLI YENİ DETALLAR  

44 günlük Vətən Müharibəsi zamanı Şuşa şəhərində yerləşən Mədəniyyət Evinin raketlə vurulması hadisəsi əksəriyyətin yadındadır. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusunun endirdiyi raket zərbəsi nəticəsində həmin binaya toplanmış 500 erməni polisi faciəvi duruma düşmüşdü.

Qeyd edək ki, həmin hadisə nəticəsində 27 erməni polisinin öldüyü, 400-dən çoxunun isə yaralandığı bildirilirdi. Lakin sonradan bu rəqəmlərin real olmadığı və azaldılıdığı üzə çıxıb.

Bu gün isə Ermənistan Baş Prokurorluğu həmin hadisə ilə əlaqədar açıqlama yayaraq, cinayət işinin açılıdığını bildirib. Cinayət işinin aşılmasına səbəb isə polislərin təlimatsız, təhlükəsizlik qaydalarına əməl olunmadan həmin binaya yığılmasıdır. Belə ki, prokurorluq bu məsuliyyətsizliyi edənləri üzə çıxarıb, onları həbs etmək niyyətindədir.

Ermənistanın “Vətəndaşlar İttifaqı” adlı QHT-si isə 2020-ci il oktyabrın 4-də Şuşa Mədəniyyət Evinin vurulması ilə bağlı başqa bir detalı açıqlayıb. Təşkilat bildirib ki, raket zərbəsindən sonra hadisə yerində ölən ermənilərin sayı 27 nəfər olsa da, sonradan xəstəxanada ölənlər buraya daxil edilməyib. Sözügedən QHT-dən bildirilib ki, Şuşa Mədəniyyət Evinin akt zalında olan 500 erməni polis əməkdaşından daha 21 nəfəri xəstəxanalarda ölüblər. Ağır yaralanan və hazırda şikəst olan erməni polsilərin sayı isə 30 nəfər hesab olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button