ManşetÖlkə içi

Şuşada əsgərlərimizə qumbara atan erməni Xankəndidəki separatçılara təhvil verilib

Bu gün Şuşa yaxınlığında yerləşən Ordumuzun blok-postuna hücum edərək, qumbara atan Norayir Mirzoyan bir az əvvəl Xankəndidəki separatçılara təhvil verilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Qarabağdakı terrorçuların nümayəndəsi məlumat yayıb.

Məlumatda deyilir ki, 1975-ci il təvəllıüdlü Mirzoyana qarşı cinayət işi açılıb və məsələ ilə araşdırma aparılır.

Qeyd edək ki, separatçılar qumbara atan ermənini indidən müdafiə etməyə başlayıblar. Onun hərəkətlərinə haqq qazandırırlar. Belə ki, Xankəndidəki terrorçular iddia ediblər ki, guya, Azərbaycan əsgərləri onunla provokativ davrandıqları üçün Mnirzoyan qumbara atıb.

Ermənistan siyasi elitası isə hazırda Mirzoyandan “qəhrəman” düzəltməyə başlayıblar. Onlar terrorçunun hərəkətini “qisas addımı”, onun atdığı qumbaranı isə “qisas qumbarası” adlandırırlar. Həmçinin vurğulayırlar ki, terrorçu dərhal azad olunmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button