GündəmManşet

Şuşada yenə atışma olub: Əsgərlərimizin avtomat silahları 5 km məsafəni vurur?

Qarabağda yerləşmiş erməni separatçıları öz cinayətlərinə haqq qazandırmaq üçün ənənəvi olaraq yalanlarına davam edirlər. JAMAZ.İNFO xəbər verir ki, bu dəfəki yalanı Xankəndidəki “ombudsman” Qeqam Stepanyan danışıb.

Belə ki, o, bu gün saat 17:00 radələrində Şuşada yerləşən Azərbaycan Ordusunun mövqelərindən Xankəndi şəhərinin atəşə tutulduğunu deyib. O iddia edib ki, Şuşadan Xankəndinin atəşə tutulmasını yerli əhali və oradakı separatçılar “təsdiqləyiblər”.

Onun sözlərinə görə, Şuşadan açılan “atəş” Xankəndinin “Armenavan” məhəlləsinə çatıb. “Yerli sakinlər bildirdilər ki, bu gün saat 17:00 radələrində 4-5 avtomat silahdan yaşadıqları məhəllə atəşə tutulub. Atılan güllələr “Armenavan” məhəlləsinə qədə çatıb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Bu barədə rus sülhməramlılarına məlumat vermişik”.

Qeyd edək ki, Şuşa ilə Xankəndi arasında ən yaxın məsafə 5 km-ə yaxındır. Avtomat silahlardan çıxan güllələr isə ən yaxşı halda 1-1.5 km-dən uzağa gedə bilmir. Onun hədəfi vurma qabiliyyəti 700 metrdir. Güllənin maksimum uçuş məsafəsi isə 1.5 km-i keçmir. Yəni, bizim yerləşdiyimiz mövqelərdən Xankəndinin Şuşaya ən yaxın məhəlləsini atəşə tutmaq üçün ən yaxşı halda minaatanlardan istifadə olunmalıdır.

Yalanın yekəliyi ondadır ki, bu erməni Qeqam iddia edir ki, Azərbaycan əsgərinin əlindəki avtomat silah (AKM, AKSU, AKA avtomat tüfəngləri) 5 km məsafəni vurur. Görünür, 44 günlük müharibənin qorxusundandır ki, Azərbaycan əsgərinin avtomat silahını raket hesab edirlər.

Böyük ehtimalla son günlər dinc oturmayan, ölmək üçün tələsən erməni terrorçuları yenidən Şuşa şəhərini atəşə tutublar və bunun qarşılığını da Azərbaycan hərbçilərindən alıblar. İndi həmin əməllərini ört-basıdr etmək üçün yalan uyduraraq, günahı bizim üstümüzə atağa çalışırlar.

Xatırladaq ki, buna bənzər analoji hadisə bir müddət əvvəl Hadrut istiqamətində də qeydə alınmışdı. Həmin vaxt ermənilər iddia edirdilər ki, Azərbaycan əsgərləri tapança silahı ilə bizim postdan 7-8 yüz metr məsafədə yerləşən evlərin damlarını “uçurublar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button