GündəmManşet

Tağavarddakı ermənilər kəndi tərk edirlər

Xəbər veridyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan tərəfi səsgücləndirici ilə bu kənddə qanunsuz silahlı dəstələrin olması və onların kəndi tərk etməsi barədə xəbərdarlıq edib. Əks təqdirdə, bunu güc yolu ilə həll edəcəklərini bəyan ediblər.

JAMAZ.İNFO xəbər verir ki, Qeyd edək ki, erməni tərəfi məsələni başqa cür təqdim edir. Belə ki, onlar Azərbaycan tərəfinin guya, dinc əhalinin də kəndi tərk etmələrini tələb etdiklərini iddia edirlər.

Erməni mediasının yaydığı xəbərə görə, Xocavənd rayonun Tağavard kəndində yaşayan ermənilər evlərini tərk edirlər. Həmin məlumata görə, Tağavarddakı ermənilərin bir qismi kəndi tərk edərək, Xankəndinə və İrəvana yerləşiblər. Onları belə şəraitdə yaşaya bilmədiklərini, ən minimum şəraitlərinin olmadığını qeyd ediblər. 

Həmin kəndin sakini Rudik Badasyan isə deyib ki, Azərbaycan Ordusunun mövqeləri ilə yaşayış məntəqəsi arasında məsafə çox azdır. O, Tağavarddakı ermənilərin baş verənlərdən qorxduğunu gizlətməyib. Lakin köçənlərin sayının çox olmadığını bildirib. “Belə başa düşürəm ki, dözməyənlər gedirlər. Amma bu vəziyyətə öyrəşmiş adamlar qalmaqda davam edirlər”.

Xatırladaq ki, analoji vəziyyət Xocalı rayonunun Pirlər kəndində də yaşanır. Belə ki, kənddə yaşayan ermənilər qadın və uşaqları çıxarıblar. “Xramort”da qalan ermənilərin sayı isə 20-30 nəfərdən çox deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button