ManşetSiyasət

Tevan Poqosyan: “Qarabağ ermənilərə lazım deyil”

Ermənistanda son parlament seçkilərindən sonra xüsusən millətçi ermənilər mövcud durumu “faciəvi” hesab edirlər. JAMAZ.İNFO xəbər verir ki, onlar Nikol Paşinyanın tezliklə Azərbaycanla anlaşacağını, bu anlaşmanın ermənilərin zərərinə olacağını bəyan edirlər.

Onlar hesab edirlər ki, əhalinin seçkilərdə Paşinyana səs verməsi hər şeyi izah edir. Yəni, artıq ermənilər nə müharibə istəyir, nə Qarabağ, nə də torpaq. Məsələn, “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin rəhbəri Tevan Poqosyan bildirir ki, erməni xalqının artıq torpaqları uğrunda mübarizə aparmaq istəmədiyini beynəlxalq aləm yaxşı bilir. O, bunun əyani sübutu kimi seçkilərin nəticəsini göstərir.

Poqosyan deyir ki, hazırda Ermənistanda bir çoxları belə bir sual səsləndirirlər: “QARABAĞ ERMƏNİLƏRƏ LAZIMDIRMI?” “Beynəlxalq ictimaiyyətə indi bunu demək olar: Əgər bu onların seçimidirsə, əgər onların əksəriyyəti Paşinyana səs veribsə, o zaman hər şey aydındır”. O, bununla Qarabağın ermənilərə lazım olmadığını vurğulayıb.

Amma təşkilat sədri hesab edir ki, Ermənistan hakimiyyətini sərhədlərin təhlükəsizliyi də maraqlandırmır. “Bu gün Ermənistanın sərhədlərinin təhlükəsizliyini Ermənistan ordusu deyil, Azərbaycan Ordusu qoruyur. Ermənistan ordusu üçün sərhədlərin toxunulmazlığı, təhlükəsizliyi önəmli deyil. Azərbaycanlılar hazırda özləri müəyyən edirlər ki, nə qədər irəli getmək lazımdır, harada dayanmaq lazımdır. Bu zaman erməni ordusu onları görən kimi, çəkilirlər. Hətta kiçik müqavimət belə göstərmirlər”.

Tevan Poqosyan daha sonra Ermənistan hakimiyyətinin Qarabağla bağlı planlarını da təxmin etdiyini dilinə gətirib. O deyir ki, İrəvan azərbaycanlıların Qarabağa geri dönməsinə nəinki şərait yaradır, hətta dəstək verir. “Minalı ərazilərin xəritələrini Azərbaycan tərəfinə vermək bunlardan biridir. Qarabağda yaşayan ermənilər əmin idilər ki, onlar uzun illər Ağdam və digər ərazilərdən azərbaycanlıların axını ilə üzləşməyəcəklər. Lakin xəritələrin verilməsindən sonra ən geci 8 aydan sonra azərbaycanlılar Qarabağda olacaqlar”.

Təşkilat sədri qeyd edir ki, Ermənistanın minalı ərazilərin xəritəsini Azərbaycana verməklə, güvəndiyi Qərb siyasi dairələri arasında da çətin vəziyyətə düşüb. “Bundan sonra Paşinyanın güvəndiyi siyasi dairələr belə İrəvana təzyiqləri artıraraq, yerdə qalan xəritələrin də Azərbaycana verilməsini tələb edcəklər. Əvəzində isə onları maraqlandıran məsələlərdə güzəşt əldə edəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button