ManşetÖlkə içi

Tex kəndinin rəhbəri: “Azərbaycan əsgəri otağımda nə işlə məşğul olduğumu belə görür”

Azərbaycan Ordusu Ermənistanın Tex kəndi istiqamətində yerləşən sərhəddində mühəndis-istehkam işləri aparıblar. Qısa müddət ərzində sərhəddə istehkam qurulub və betondan inşa edilmiş saxlanma yeri hazırlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bunu Tex kəndinin icma rəhbəri Nerses Şaduns deyib.

O deyib ki, hal hazırda heç bir iş görülmür. “Yəqin ki, lazım olan hər şeyi ediblər. Hazırda Azərbaycan postları ilə kənd arasında məsafə 200 metrdən 1.2 km-ə qədər dəyişir. Əvvəllər inklərimizi otardığımız ərazilər artıq yoxdur. İndi isə məhsul yığımı dövrüdür. Əgər problem yaransa, sülhməramlılara və sərhədçilərə deməli olacağıq. Azərbaycanlıların nəzarəti altında qalan sahələr əkilmir. Həmin ərazilər artıq onlarındır”.

Şaduns deyib ki, hazırda əsas yüksəkliklər Azərbaycan Ordusunun əlindədir. “Onların müşahidə aparmaq problemi yoxdur. Çünki əsas yüksəkliklər əllərindədir. Onlar elə mövqeyə sahibdirlər ki, hətta Tex kəndinin icma rəhbəri otağında hansı işlə məşğul olduğunu belə görə bilərlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button