ManşetSiyasət

Tomas de Vall: “Bakı və Moskva iri sövdələşməyə getsələr, proses təkcə Qarabağla bitməyəcək”

Britanilayı ekspert Tomas de Vall Qarabağ məsələsi ilə bağlı bəzi açıqlamalar verib. O deyib ki, tərəflər istəsəydi müharibəsiz də probelmi həll edə bilərdilər. JAMAZ.İNFO xəbər verir ki, ingilis ekspert hesab edir ki, belə bir şansdan Nikol Paşinyanın istifadə etməməsi, onun uğursuzluğu idi.

O qeyd edib ki, ortada Minsk Qrupunun çərçivə layihəsi var idi. Həmin layihəni genişlənidirib, təkmilləşdirib ortaq məxrəcə gəlmək mümkün idi. “Lakin Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın daxili ilə məşğul oldu, Qarabağ məsələsinə əhəmiyyət vermədi. Azərbaycan isə müharibə hazırlıqlarını artrmağa başladı”.

Rus sülhməramlılarının Qarabağda qalma müddəti, onların getməsi perspektivləri ilə də bağlı danışan de Vall bildirib ki, bunun üçün 2025-ci ili gözləmək lazım gələcək. “Təbii ki, 5 illik müqavilənin müddətini artırmaq mümkündür. Lakin Azərbaycanın buna veto qoymaq hüququ var. Qarabağ erməniləri bütün cəhdləri ilə çalışacaqlar ki, hazırkı statusla öz evlərində yaşasınlar. Azərbaycan isə təkcə ermənilərə deyil, rus sülhməramlılarına da təzyiq göstərəcək ki, problemi birdəfəlik həll etsin. Əgər bu məsələ ilə ciddi məşğul olunmasa, hər hansı bir münaqişə baş qaldıra bilər. Amma bu müharibə deyil, 2025-ci ildə destabilizasiya ilə müşahidə olunacaq”.

Bəs, rus sülhməramlıları nə zaman gedəcək? İngilis ekspert bu suala maraqlı cavab verib. “Əgər Rusiya öz hərbi kontingentini geri çəkib, erməniləri tək buraxarsa, bu onun məğlubiyyəti demək olar. Mənə elə gəlir ki, Moskva bu məsələyə ciddi yanaşır. Amma başqa bir məsələ də var ki, bu da Bakı ilə Moskva arasında çox böyük həcimli sövdələşmədən, alverdən ibarətdir. Hesab edirəm ki, əgər həmin sövdələşmə baş tutarsa, bu təkcə Qarabağla kifayətlənməyəcək. Bu proses digər məsələlərə də toxunacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button