DünyaManşet

Türk alimdən sensasiyalı açıqlama: “Covid 19 əleyhinə dərman hazırdır” – VİDEO

Türkiyənin tanınmış elm adamlarından biri, professor İbrahim Benter koronavirusun müalicəsini tapdıqlarını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, tibb elmləri doktoru bu barədə Kanal D-yə açıqlama verib.

O bildirib ki, yeni kəşf etdikləri dərman koronavirus pandemiyasının sonun gətirəcək. “Minlərlə elm adamı pandemiyanı əngəlləmək üçün canla-başla çalışırlar. Lakin Türkiyə araşdırmalarda onlarla addım irəliyə çıxıb. Türk elm adamları əvvəlcə peyvəndi tapdı, ardından testi inkişaf etdirdi, indi də koronavirusun dərmanını tapdı”.

Bir sıra detallara aydınlıq gətirən İbrahim Benter yekun olaraq bəyan edib ki, “Koronavirusun müalicəsi tapılıb”.  O deyib ki, hətta virus mutasiyaya uğrasa belə, yeni hazırlanmış dərman onun qarşısını alacaq. “Yeni dərman xəstələri müalicə edəcək. Peyvənd olunan və ya olunmayan xəstə insanlar bu dərmanı istifadə etməklə virusun bədəndəki zərələrini önləyə biləcək. Qısa və uzun müddətdə dərman xəstəni müalicə edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button