ManşetSiyasət

Türk mediası: “Ruslar qaydaları pozur, Qarabağda müharibə yenidən başlaya bilər”

Son günlər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin ardından bölgəyə gətirilən rus sülhməramlılarının davranışları artıq ciddi narazılığa səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, artıq Bakıda bununla bağlı ciddi etirazların nəzərə çarpdığı, hətta hakimiyyətyönümlü media və qrupların da prosesə qoşulduğu diqqəti çəkir.

Qeyd edək ki, noyabrın ortalarından etibarən Hadrut istiqamətində ermənilərin törətdiyi təxribat nəticəsində 4 hərbçimiz şəhid olub. 3 hərbçimiz isə yaralanıb. Həmin ərazilərdə antiterror əməliyyatları keçirən Azərbaycan tərəfinin hərəkətlərindən əndişələnən rus sülhməramlıları bölgəyə gələrək, oranı nəzarətlərinə aldıqlarını bildiriblər. Üstəlik, ardından yeni bir xəritə də paylaşaraq, ərazinin ermənilərə aid olduğunu iddia ediblər. Elə bu səbəbdən də narazılıq pik həddə çatıb.

JAMAZ.İNFO xəbər verir ki, hadisələr barədə məlumat yayan Türkiyə mətbuatı isə maraqlı xəbərlərlə diqqəti çəkirlər. Belə ki, rus sülhməramlılarının özlərinə uyğun şəkildə xəritə paylaşmasını Rusiyanın 10 noyabr anlaşmasını pozmağa cəhd kimi qiymətləndirib. Həmçinin qeyd edilib ki, bu bölgədə müharibənin yenidən başlamasına gətirib çıxara bilər. “Rus sülhməramlıları 10 noyabr sazişini pozmaqda davam edirlər. Ermənilərin dəstəklənməsi və onların silahlandırılması fonunda baş verən olaylara Azərbaycan və Türkiyənin sakit qalacağı da inandırıcı deyil. Bu müharibənin yenidən başlayacağının əlamətidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button