AraşdırmaManşet

“Türkiyə Azərbaycanın 3 şəhərində hərbi baza yaradacaq”

Türkiyə Azərbaycanda hərbi baza qurmağa hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyə Azərbaycanla bununla bağlı ilkin razılaşma əldə edib. Həmin razılaşmaya əsasən Türkiyənin ölkəmizin 3 şəhərində, Lənkəran, Qəbələ və Gəncədə, hərbi bazalarını təşkil edəcək.

Xatırladaq ki, 44 günlük Qarabağ savaşında Ankara Bakıya bütün dəstəkləri verib. Bundan başqa, Ağdamda qurulacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində də Türk hərbçiləri təmsil olunacaqlar.

Qeyd edək ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratmasını cəmiyyət də dəstəkləyir. Rəsmi Bakının da məsələyə müsbət baxdığı ikitərəfli münasibətlərdən müşahidə etmək mümkündür. Lakin yayılan xəbərə Azərbaycan tərəfindən hər hansı münasibət bildirilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button