DünyaManşet

Türkiyə-Ermənistan quru sərhəddi açılır: üçüncü ölkə vətəndaşları üçün

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr, Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan və səfir Serdar Kılıç iyulun 1-də Vyanada dördüncü görüşü keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, görüş zamanı tərəflər müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi barədə razılığa gəliblər.

Tərəflər bununla bağlı lazımi proseslərə başlamaq barədə qərar qəbul ediblər. Bundan başqa, Türkiyə və Ermənistan arasında birbaşa hava yükdaşımalarının ən qısa zamanda başlanması ilə bağlı da razılıq əldə olunub.

Bundan əlavə, iki ölkə arasında münasibətlərin tam nizamlanması üzrə yekun məqsədə nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar müzakirə edilib.

Sonda tərəflər ilkin şərt olmadan münasibətlərin tənzimlənməsi prosesinin davam etdirilməsi ilə bağlı razılıqlarını təsdiqləyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button