CəmiyyətManşet

Türkiyə Ermənistan təyyarələrinə hava dəhlizi vermədi

Türkiyə Ermənistana məxsus hərbi və mülki təyyarələrinin ölkənin üzərindən uçmasına icazə verməyib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Hetq.am saytı məlumat yayıb.

Məlumatda deyilir ki, hələ 2020 -ci ilin sentyabr ayından başlayan proses bu günə qədər həllini tapmayıb. Erməni nəşri yazır ki, Ermənistanın da üzv olduğu Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbinə uyğun olaraq istifadə etdiyi təyyarələrin üzərinə EK nişanı vurulub. Bundan başqa, həmin təyyarələrin üzərində “Ermənistan” və ya “Ermənistan Respublikası” sözləri yazılıb. “Avqustun 2 -nə olan məlumata görə, Ermənistanda 19 mülki təyyarə və 1 hökumət təyyarəsi qeydə alınıb”.

Beynəlxalq Mülki Aviasiya Komitəsi bəyan edib ki, Türkiyə Ermənistan aviasiyasına hava dəhlizi verməmək barədə onlara heç bir müraciət etməyib. “Türkiyə 9 sentyabrdan etibarən təkcə Ermənistanla quru sərhədlərini deyil, hava sərhədlərini də bağlayıb. Lakin indiyə qədər bunun səbəbini açıqlamayıb”.

Hetq.am daha sonra yazır ki, Ermənistan və Azərbaycan təyyarələri də bir-birlərinin səmalarına daxil olmurlar. Lakin BMAK qeyd edir ki, hər iki ölkə belə bir qadağa tətbiq etməyib. Komitə qeyd edir ki, hava yollarının seçimi təyyarə operatorlarının üzərinə düşür. Yəni, aviaşirkətlər hər uçuşun marşrutunu müəyyənləşdirirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button