DünyaManşet

Türkiyədə meşə yanğınları: Ehtiyatsızlıq, yoxsa terror?

Ötən gün Manavqatda dörd nöqtədə başlayan yanğın ürəkləri yandırdı. Mərmərə alovlara büründü. Türkiyənin müxtəlif bölgələrində son üç gündə 13 əyalətdə 41 meşə yanğını təxribat şübhəsinə yol açıb.
Muğlanın Mərmərə mahalının Armutalan məhəlləsi Siteler mövqeyində meşə sahəsində dünən saat 13.11 -də yanğın baş verib. Alov küləyin təsiriylə 5 dəqiqə ərzində kilometrlərlə əraziyə yayılıb. Yanğına 14 su çiləyicisi, 6 su tankeri, 4 ilk müdaxilə vasitəsi, 6 vertolyot, 1 təyyarə, 6 xidmət maşını, 5 dozer, 5 qoşqu, 11 texniki heyət, 5 meşə mühafizə məmuru və 135 yanğınsöndürən işçi müdaxilə edib.
İçmələr məhəlləsindəki yanğından qaçmağa çalışarkən motosikletində qəza keçirən Şahin Akdəmir (25 yaş) alovlar içində can verib. Yanğın Siteler, Armutalan və Türban bölgələrindəki evlərə və otellərə də çatıb. Oyun oynayarkən yanğına səbəb olduğu iddia edilən 8 və 10 yaşlarında 2 uşaq Polis İdarəsinə aparılıb.
Bələdiyyə Başçısı: TƏXRİBAT EHTİMALI ÇOX YÜKSƏKDİR
“Hazırda yaşayış yerlərində heç bir təhlükə yoxdur. Yanğın Bozburun yarımadasına doğru davam edir. Yanğının 3 fərqli nöqtədə başladığını hesab edirik. Eyni vaxtda bir neçə nöqtədə yanğın baş verdiyi üçün təxribat ehtimalı olduqca güclüdür”, – CNN Türk-ə danışan Mərmərə Bələdiyyə başçısı Mehmet Oktay deyib.
MUĞLA-nın Bodrum mahalının sərhədlərinə yaxın olan Meşelik Məhəlləsi Kuyucak mövqeyində şam ağacları ilə örtülmüş meşə sahəsində dünən 14.30 radələrində yanğın başlayıb. Yanğın tez bir zamanda geniş bir əraziyə yayılıb. 5 ulduzlu 2 otelin bağçalarına qədər davam edən alovlara 8 su çiləyicisi, 6 yanğınsöndürən maşın və 40 meşə işçisi müdaxilə edib. Otellərə yayılan yanğından sonra alovlar avtomobil yolunu bürüyüb. Sahildə çıxılmaz vəziyyətdə qalan turistləri xilas etmək üçün bölgədəki tur gəmiləri və balıqçılar əraziyə gəlib. Bəzi gəmi sahibləri könüllü olaraq otellərdə qalan turistlərin təxliyəsinə dəstək veriblər.
ANTALYA
Manavqatla yanaşı, dünən Kəpəz rayonunda ticarət mərkəzi, istixana və evlərin yaxınlığındakı kolluq sahəsində də yanğın baş verib. Yaşayış məntəqələrinin və istixana sahələrinin ortasındakı çəmənlikdə və kolluqlarda başlayan yanğın sürətlə böyüyüb. Antalya Böyükşəhər Bələdiyyəsi xilasetmə qruplarının sürətli müdaxiləsi nəticəsində yanğın daha da böyümədən söndürülüb. Bir şübhəli tutulub. Gündoğmuş rayonunda meşə yanğını nəzarət altına alınıb.
ADANA
Ötən axşam Kozan meşə sahəsində başlayan yanğın dünən də davam edib. Bölgədəki bir çox yaşayış məntəqəsi alova bürünüb. Aladağ rayonunda əvvəlki axşam meşə sahəsində yanğın baş verib. Yanğın səbəbindən bəzi evlər ehtiyat tədbirləri üçün təxliyə edilib. Yanğın Karaisalı və İmamoğlu rayonlarının sərhədlərinə yayılıb.
 
OSMANİYƏ
Osmaniyədə 3 fərqli bölgədə meydana gələn yanğınlardan 2-si nəzarət altına alınıb. Yaşayış məntəqələrinə yayılan, evləri və bağları yandıran və tövlələrdə heyvanları tələf edən yanğından sonra saxlanılan 5 nəfərdən 2-si sərbəst buraxılıb. Məlum olub ki, 3 şübhəli daha əvvəl əkin üçün sahələri təmizləməkdə ittiham olunub.
 
MERSİN
Bir gün əvvəl Aydıncıkda başlayan yanğın şimal küləyinin təsiri ilə sürətlə artıb. Ehtiyat tədbiri olaraq 5 kənddə 202 ev təhlükəsizlik tədbirləri üçün boşaldılıb. Silifkənin Boğsak, İşıklı və Hırmanlı rayonlarında davam edən yanğın Yeşilovacık mahalına da yayılıb. Yanğınları söndürmək üçün bütün gecə fəaliyyət göstərilib.
KAYSERİ
Yəhyalı səmtindəki Aladağlar Milli Parkında bir gün əvvəl başlayan yanğın qismən nəzarət altına alınıb. Yanğın bölgəsində güclü külək işi çətinləşdirir.
QAÇIŞ
Mərmərədə 3 ulduzlu 2 otel və 4 villa ehtiyat tədbirləri üçün təxliyə edilib. Ətrafdakı otellərdə qalan bəzi tətilçilər çamadanlarını götürüb könüllü olaraq gediblər.
 
HEYVANLARA DƏSTƏK
Meşə yanğınlarından təsirlənən bölgə insanları üçün Manavqat və Mərmərədə bir çox dərnək, təşkilat və bələdiyyə kimi sosial yardım qrupları göndərilməklə bərabər KADIKÖY Bələdiyyəsi heyvanları da unutmayıb. Bələdiyyə baytarlıq idarəsinin qruplarını tibbi müdaxilə və qulluq üçün yanan bölgələrə göndərib.
ALTUN: ƏTRAFLI ARAŞDIRMA BAŞLADI
İctimai Əlaqələr başqanı Fəxrəddin Altun son günlərdə ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları haqqında bunları deyib: “Prezidentimiz milli sərvətimiz olan meşələrimizdəki yanğınları söndürmək və zərərçəkən vətəndaşlarımızın yaralarını sarmaq üçün dövlətimizin bütün vasitələrini səfərbər etdi. Bütün qurumlarımız vətəndaşlarımızla birlikdə sahədə çalışmağa davam edir. Yanğınların səbəbləri ilə bağlı hərtərəfli araşdırmalara başlanılıb. Günahkarlar təbiətimizə və meşəmizə qarşı bu hücuma görə ən qısa zamanda cavab verəcəklər”.
GÜL: BAŞ PROKURORLUQ HƏRƏKƏTƏ KEÇİB
Ədliyyə naziri Əbdulhəmid Gül Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların Baş Prokurorluq tərəfindən araşdırıldığını bildirib. Bütün imkanlar diqqətlə araşdırılır və bütün əlaqədar qurumlar tərəfindən zəruri addımlar atılır. “Yanğınların mənbəyi və səbəbi Baş Prokurorluq tərəfindən ciddi şəkildə araşdırılır. Bütün ehtimallar diqqətlə araşdırılır və bütün əlaqədar qurumlar tərəfindən zəruri addımlar atılır”, – Gül Twitter-də yazıb.
ARAŞDIRILIR
Kənd Təsərrüfatı və Meşəçilik Naziri Bəkir Pakdəmirli, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf və Şəhərsalma naziri Murat Qurum Antalyanın Manavqat rayonunda yerləşən Meşə Yanğınsöndürmə Mərkəzində jurnalistlərə məlumat veriblər.  “3 təyyarə, 38 vertolyot, 472 çiləyici və 4 minlik heyətlə yanğınlarla mübarizə aparırıq. İlkin məlumatlarımıza görə, 150 baş iribuynuzlu, 1000 baş xırdabuynuzlu, 6 min hektar əkinçilik sahələrində və 500 dekar banan istixanalarında ziyan var”, – Pakdəmirli deyib.
 
ƏRDOĞAN: VƏTƏNDAŞIN YANINDAYIQ
Prezident Rəcəb Tayyib Ərdoğan nazirlərlə davamlı olaraq telefonla danışaraq məlumat alıb. Dövlətin yanğınları söndürmək üçün bütün vasitələrlə səfərbər olduğunu ifadə edən Ərdoğan vətəndaşların yanında olduqlarını ifadə edib.
KILIÇDAROĞLU: TƏXRİBATDIRSA, HESABI VERİLƏCƏK
CHP başqanı Kamal Kılıçdaroğlu Mərmərədəki yanğınla əlaqədar olaraq “Bu təxribatdırmı? Dövlət bunu mütləq müəyyən edəcək. Meşələrimiz, həyatını itirən vətəndaşlarımız, işçilərimiz və meşələrdə yaşayan canlıların bir-bir hesabı soruşulacaq. Bu işdə hamımız birik: Biz bir ürəyik. Bunu hamı bilsin”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button