ManşetSosial

Ucarın baş həkimindən şikayət var: “İlahə Ağayeva insanları təhqir edir , hətta “avtoş”luqla məşğuldur”

Bir qrup Ucar sakini JAMAZ.İNFO-nun redaksiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət isə Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlahə Ağayevadandır.

Onlar deyirlər ki, rayon sakinləri baş həkimin özbaşınalığı ilə üzləşib. Şikayətçilərin sözlərinə görə, baş həkim hər gün 3000-3500 manat pul qazana bilməyəndə, özünü narahat hiss edir. “İlahə Ağayeva keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İbrahiM Məmmədov tərəfindən himayə edilir. Bu da onlar arasında qohumluq əlaqəsindən irəli gəlir”.

Şikayətçilər iddia edirlər ki, baş həkimin özünün konkret qiymət cədvəli var. Həmin cədvəldə göstərilən rəqəmdən bir manat aşağı pul ödənilərsə, həmin şəxs təhqir olunur. “İlahə Ağayeva Ucar Mərkəzi Xəstəxanasında UZİ aparatı işlədir. Bu aparatdan keçmək istəyənlər üçün isə xüsusi qiymət müəyyənləşdirib. Məsələn, qaraciyər və dalaq müayinəsi 50 manat, böyrək müayinəsi 50 manat, prostata vəzi, sidik kisəsi, kor bağırsaq müayinəsi 60 manat, mədəaltı vəzi 50 manatdır. Bu cədvəldə göstərilən qiymətdən 1 manat az pulu ödəyən şəxs təhqqirlərə məruz qalaraq, oradan qovulur”.

Həmin şikayətə istinad erəsək, belə başa düşmək olar ki, baş həkim xəstəxanada pul yığmaq üçün iki tibb bacısının xidmətindən istifadə edir. Bundan başqa, icbari tibbi sığortanın da xanım Ağayevaya heç bir aidiyyatı olmadığı deyilir.

Şikayətin ən maraqlı məqamı isə baş həkimin bahalı avtomobili ilə Ucarda “avtoşluq” etməsi ilə bağlıdır. Belə ki, onun maşını yüksək sürətlə idarə etdiyi, hətta yerli polisin belə onunla bacarmadığı deyilir. Şikayətçilər yazır: “İlahə Ağayeva yol hərəkəti qaydasını pozduğuna görə, ona cərimə tətbiq edən polis zabitini insanların gözü qarşısında təhqir edib. Belə ki, xəstə həyat yoldaşını ültrasəs müayinəyə gətirən polis zabitinə qışqıran İlahə həkim, “Siz mənə cərimə tətbiq etmisiniz, məndə sənin həyat yoldaşını müayinə etmirəm. Tez xəstənidə götürüb buradan rədd ol” deyib. Həmin vaxt polis zabiti ağrılar içində qıvrılan həyat yoldaşını təcili olaraq qonşu Göyçay rayon Xəstəxanasına aparmağa məcbur olub. Bu hadisə xəstəxanadakı müşahidə kameralarına da düşüb”.

Məsələ ilə əlaqədar Ucar Mərkəzi Xəstəxanasının baş həkimi İlahə Ağayevanın da münasibətini öyrənmək cəhdlərimiz alnmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button