AraşdırmaManşet

Ukraynalı politoloqdan sensasiyalı təhlil: “Ankara və Bakının daxil olduğu yeni Böyük Oyun başlayıb”

“”Dünən Azərbaycanda miqyası və ən əsası gələcək nəticələri ilə bağlı möhtəşəm hadisə baş verdi”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ukraynanın tanınmış politoloqu Aleksey Arestoviç Şuşada imzalanan Bəyannaməni şərh edərkən deyib.

O bildirib ki, Türkiyənin yaxın zamanlarda Şuşada Konsulluq açması böyük simvolik məna daşıyır. “Türkiyə əslində bir zərbə ilə 19-cu əsrdən Rusiya İmperiyasının təkbaşına nəzarətində olan Cənubi Qafqazın qapılarını açdı. Yüksək səviyyəli oyunlar həmişə yaxşı nəticələr verir”.

Arestoviç deyir ki, 44 günlük müharibə Rusiya sülhməramlılarının Qarabağa daxil olması ilə başa çatanda Azərbaycanda kollektiv şüurunun yaşadığı müəyyən bir ümidsizlik var idi. “Hələ o zaman qeyd etmişdim ki, rus sülhməramlılarının gəlməsi Qarabağ müharibəsinin sona çatmadığını göstərir. Üstılik, bizi əsas sürprizlər qarşıda gözlədiyini vurğulamışdım”.

Ukraynalı politoloq sözünə davam edərək bildirir ki, həmin vaxtdan etibarən Türkiyə və Azərbaycan Rusiyanın buz meydançasında şərq xalçası toxumaqla məşğuldur. “Bu isə Rusiyanın çıxa bilmədiyi intriqalar və asılılıqlar sistemini qarışdırmağa hesablanıb. Və budur, yarım il sonra Şuşada Bəyannamə imzalanır. Bununla da iki ölkə arasında uzun və möhkəm qarşılıqlı yaxınlaşma proqramı sistemli bir sıçrayış etdi.

İndi Azərbaycan-Türkiyə İttifaqının (ATA) siyasi və hərbi potensialı keyfiyyətcə artmağa başlayıb. Və Qafqazda yeni bir gerçəklik ortaya çıxır. Həmin gerçəkliyin ən başlıcası isə Bəyənnamədə qeyd olunan üçüncü dövlətin hücumu zamanı hər iki ölkənin birgə mübarizə aparacağı barədə razılaşmasıdır”.

Arestoviç daha bir maraqlı məqama toxunur. O deyir:

“Rus sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması məsələsi gündəmdən çıxarılmasa da, təxirə salına bilər. Necə deyərlər, oyunun gözəlliyinə baxın. Ancaq bu da hamısı deyil”.

Politoloq deyir ki, bir çox müşahidəçilər Ərdoğanın çox təhlükəli bir yol tutduğunu, NATO içərisində Türk mənafelərini çox çarəsiz şəkildə müdafiə etdiyinə diqqət çəkirlər. “Bu vəziyyətdə münasibətlərin soyumasının qaçılmaz olduğunu və bunun Türkiyənin fürsət və işlərinə ölümcül təsir göstərəcəyini söyləyirlər. Bununla birlikdə, azərbaycanlı mütəxəssislərin fikrincə, dünənki NATO sammitinin Türkiyə üçün bir gün əvvəlki aralıq nəticələrindən biri, ABŞ-ın Türkiyənin Şimali Atlantika ittifaqındakı rolunu, Fransanın sıxışdırılma nöqtəsinə qədər artırmasına razı olması idi”.

Arestoviç hesab edir ki, yaxın gələcəkdə, Şimali Afrika, Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqazdakı Fransız maraqlarının ənənəvi bölgələri NATO çərçivəsində Türkiyənin nəzarəti altına alına bilər. “Üstəlik, Türkiyə hərbi-siyasi təsirini Əfqanıstan və Qırğızıstanda – Çinin “təhlükəsizlik kəməri” zonasında yayır”.

Onun sözlərinə görə, Türkiyənin NATO-dakı üstün rolu üçün böyük lobbiçiliyi İngiltərə edir. Politoloq vurğulayır ki, son NATO zirvəsi Brexitdən sonra ortaya çıxan yeni geopolitik konfiqurasiyanı nümayiş etdirdi. “Müvəqqəti London-Ankara tandemi Mağrib, Aralıq dənizi, Yaxın Şərq, Cənub-Şərqi Avropa, Orta Asiya və Cənubi Qafqazın geopolitik xəritəsini dəyişdirməyə çalışacaq”.

Arestoviç yeni vəziyyəti belə qiymətləndirir: “Bunun mənası budur: möhkəm mövqe + sistematik səylər. Dünyada əsas oyunçularından biri, son illərin parlayan ulduzu Türkiyə və indi onunla yanaşı Azərbaycanın (maraqları və imkanları çərçivəsində) da daxil olduğu yeni bir Böyük Oyun başlayıb”.

Və politoloq “Türkiyə buna necə nail oldu?” sualına maraqlı şəkildə cavab verir. O deyir: “Türk rəhbərliyi və xalqı neoliberal siyasi iqtisad yanaşmaları dərsliklərin səhifələrindən oxuyaraq deyil, ölkələrini real dəyərlərinə və maraqlarına uyğun inkişaf etdirəcək qədər ağıllı idilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button