ManşetSosial

Ürək xəstəliyinə tutulmuş Qazi: “Mənə deyirlər ki, yıxıl, öl” – VİDEOMÜRACİƏT

Ucar rayonu Bərgüşad kənd sakini Vətən müharibəsi Qazisi Abbaslı Samir Yusif oğlu Prezident İlham Əliyevə müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, Samir Abbaslı müraciətində hərbi xidmət zamanı rastlaşdığı  haqsızlıqdan bəhs edir: “Məlumat olaraq Sizə bildirirəm ki, mən 16 yanvar 2012-ci il tarixindən 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci il avqust ayından etibarən MAHHXHQ əsgər kimi xidmətə başlayaraq, əvvəl bir ay N saylı, sonra isə digər hərbi hissələrdə xidmət etmişəm.Vətən müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda Papanin adı ilə tanınan hərbi xəstəxanada müalicə almışam. Buradakı müayinələr zamanı müharibədə aldığım əlavə qəlpə yaralarından başqa ürək çatışmazlığınında olduğu müəyyən edilərək, hərbi xidmətə tam yararsız hesab edilmişəm. Lakin, mənə bildirirlər ki, mənim ürək çatışmazlığmın kökü anadan gəlmədir. Amma bu tam yalandır mən xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam”.

Qazi əlavə edib ki, bu xəstəliyə görə hərbi xidmətə tam yararsız hesab edilir. Eyni zamanda ona bildirilib ki, ürək çatışmazlığı anadangəlmə olduğuna görə müharibə əlili hesab edilməyəcək. “Mülkidə isə ümumi səbəblərlə əlillik ala biləcəyimi deyirlər. Mən bunu ədalətsizlik qanunsuzluq və cinayət hesab edirəm. Əgər məndə ürəkçatışmazlığı anadangəlmədirsə, niyə məni həqiqi hərbi xidmətə aparıblar və niyə məni hərbidə işə gtürüblər? Yox, əgər ürək çatışmazlığımın əvvəl hiss olunmayacaq dərəcədə olduğundan orduya qəbul edilmişəmsə, yenə də indiki sağlamlıq vəziyyətimə görə müharibə əlili sayılmalıyam. Axı, bu vəziyətə müharibə nəticəsində düşmüşəm. Xəstəliyə görə mənə nə iş vermirlər, nədə ki, mənə əlillik dərəcəsi təyin etmirlər.Belə çıxır ki, mən yıxılıb ölməliyəm?

Hazırki vəziyyətimə əsasən, həkimlər açıq ürək əməliyyatı olunmağımı zəruri saysalarda həkimlər əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına əminliklə söz vermirlər, həyatımı itirmə riskinin çox olduğunu bildirirlər. Digər bir tərəfdən müharibə əlili sayılmayacağımdan bu əməliyyatı mülki xəstəxanalarda ödənişli şəkildə etdirməliyəm ki, sözün tam mənasında bunu ödəmək üçün heç bir maddi gücüm yoxdur.  Sizdən acizanə şəkildə xahiş edirəm ki, müraciətimi obyektiv araşdırıb, mənim müharibə əlili sayılmağıma yardımçı olasınız”.

JAMAZ.İNFO

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button