CəmiyyətManşet

Vətən Müharibəsində iştirak etmiş şəxslərə 21 baş qoyun verilir?

Vətən Müharibəsində iştirak etmiş, rayon qeydiyyatında olan və yerli Məşğulluq İdarəsinə müraciət etmiş Qazilərin məşğulluğunu təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi addımlar atdığı deyilir. JAMAZ.İNFO-ya verilən məlumata görə, yuxarıda qeyd olunan kriteriyalara cavab verən Qazilərə istəyə uyğun olaraq, 2 baş inək və ya 21 baş qoyun verilir.

Məlumatda deyilir ki, nazirlik əsasən vaxtıyla cəbhə bölgəsi olmuş rayonlardan olan Qazilərə üstünlük verir. Yəni, həmin rayonların sakinləri olan və müharibədə iştirak etmiş çəxslər bu imkandan yararlana bilir.

Eyni qaydaların digər rayonlardan olan Vətən Müharibəsi iştirakçılarına şamil edilib, edilmədiyi məlum deyil.

Məsələni dəqiqləşdirmək üçün sözügedən nazirliklə əlaqə saxlamağa çalışsaq da, nəticəsiz qaldı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button