CəmiyyətManşet

Vigen Akopyan: “Rusiya Qarabağ məsələsinin tez zamanda həllində maraqlı deyil”

“Qarabağın statusu məsələsinin tələsik həlli Rusiyaya sərf etmir”. JAMAZ.İNFO bildirir ki, bunu erməni siyasi texnoloq Vigen Akopyan deyib.

O, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin Moskva bəyanatında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı heç bir bəndin olmamasına diqqət çəkib. “Bu, o deməkdir ki, Rusiya Qarabağ məsələsinin yekun həllinə tələsmir. 10 noyabr 2020-ci ildən sonra status-kvonu nəzərdən keçirməyə tələsdiyinə dair siqnallar yoxdur. Həmçinin Qarabağın statusu ilə bağlı “plankanın aşağı salınması” ilə əlaqədar heç bir eyham yoxdur”.

Onun sözlərinə görə, Rusiya tərəfi bu bəyanatda nizamlanmada əsas rolunu müəyyənləşdirib. Akopyan qeyd edib ki, hazırda Moskva Ukraynada xüsusi əməliyyatla məşğuldur. “Ona görə də Rusiya, Qarabağdakı vəziyyəti mümkün qədər dondurmağa, paralel olaraq orada yerləşdirilən sülhməramlı kontingentin effektivliyini artırmağa çalışır. Çünki Fərrux hadisələrindən sonra onun hərəkətlərindən narazılıq edən tərəf var”.

Erməni texnoloq bildirir ki, bu gün heç kim Paşinyanı Azərbaycanın təklif etdiyi təklifləri qəbul etməyə məcbur etmir. “Onların qəbulu isə əslində, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması deməkdir”.

Onun sözlərinə görə, Moskva yaxşı bilir ki, nizamlanma Azərbaycanın təklifləri əsasında davam edərsə, o zaman çox tezliklə Qarabağda sülhməramlıların, daha sonra isə, ola bilsin, Ermənistanda Rusiya hərbi bazasının olması məsələsi ortaya çıxacaq.

P.S. Qeyd edək ki, Vigen Akopyan Rusiya ilə bağlı doğru qənaətə gəlib. Ən azından ona görə ki, təkcə İrəvanda deyil, Bakıda da yaxşı bilirlər ki, Rusiya Qarabağ məsələsinin həllində maraqlı deyil. Çünki bölgədə gərginliyin saxlanılması, münaqişənin davam etməsi, lazım olarsa müharibəyə çevrilməsi Rusiyaya sərf edir. Ona görə də, belə əlverişli məqamı əldən vermək fikrində deyil. Kremldən verilən bəyanatlar isə vaxtı uzatmağa, problemi dondurmağa hesablanıb. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button