GündəmManşet

Vigen Hakopyan: “Qafqazda maraqların qütbləşməsi prosesi başlayıb”

“Ermənistanın baş naziri ilə Rusiya prezidentinin Moskvadakı görüşü Dağlıq Qarabağdakı 44 günlük müharibədən sonra bölgədəki inkişaf edən konsensusun müəyyən bir şəkildə pozulması şəraitində baş tutacaq”. JAMAZ.ŞİNFO xəbər verir ki, bu fikirlərin müəllifi erməni siyasi texnoloq Vigen Hakopyandır.

Onun sözlərinə görə, hazırda təkbətək söhbət üçün bir çox mövzular var. Hakopyan hesab edir ki,Cənubi Qafqazda narahatlıqlar hələ də davam edir və Tehranla Bakı arasındakı qarşıdurma ritorikası bunun təkanvericisidir. Bundan başqa, o, iddia edir ki, Azərbaycan Qarabağda da gərginliyi artırmağa çalışır. Buna “misal” olaraq, ötən şənbə Ağdərədə bir erməni mülki şəxsin öldürülməsini göstərir.

Errməni politoloqun gəldiyi qənaət budur ki, Bakı öz hərəkətləri ilə Rusiyanı  çətin vəziyyətə salıb. O düşünür ki, Azərbaycan bu hərəkətləri Türkiyənin diktəsi altında atır. “Bütün baş verənlərə görə, Ankara və Bakı ilə bağlı bəzi narazılıqlar yetişməyə başlayıb. Hazırkı mərhələdə bu narazılıq, məsələn, İran rəsmiləri tərəfindən ifadə olunur”.

Hakopyanın fikrincə, regional konsensus çatlamaq ərəfəsindədir. “Dünyanın güc mərkəzlərinin bölgəyə qarşı olan münasibət artıq dəyişir. Bunun əlamətlərindən biri də İran-Azərbaycan münasibətlərindəki gərginlikdir. Bəlkə də İran qeyri-regional mərkəzlərin gizli dəstəyindən istifadə edir. Həmin güc mərkəzləri Ankara və Bakıya lazımi mesajları göndərir”.

O, həmçinin xatırladıb ki, sammit görüşlərindən əvvəl Azərbaycan həmişə vəziyyəti daha da gərginləşdirib və bununla da tələblərinin mümkün olan ən yüksək səviyyəsini təyin etməyə çalışıb.

Hakopyanın fikrincə, Cənubi Qafqazda maraqların “qütbləşməsi” prosesi başlaya bilər. “Bu şəraitdə Ermənistan hakimiyyəti düzgün istiqamətlənməli və mövqelərini konkretləşdirməli, daha da aydınlaşdırmalıdır. Məsələn, Ermənistan hakimiyyətinin Azərbaycan mülki təyyarəsinə hava məkanı vermək qərarı Bakı ilə Tehran arasındakı qarşıdurma fonunda düzgün qərar deyil. Əlbəttə, Ermənistan heç vaxt rəsmi olaraq Azərbaycan mülki aviasiyası üçün səmasını bağlamamışdı. Amma indi vəziyyət elədir ki, formal bəhanələr aktuallığını itirib. Və müttəfiqlər ölkənin hərəkətləri ön plana çıxır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button