ManşetÖlkə içi

Xankəndidə ara qarışdı: qondarma “nazir”ləri istefaya göndərilir

Xankəndidə ara yenidən qarışıb. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan arasında bəzi razılaşmaların əldə olunması və bəzi “arzuolunmaz” şəxslərin idarəçilikdən uzaqlaşdırılmasıdır.

Belə ki, dünən Paşinyana yaxınlığı ilə bilinən, son müharibədə iştirak etmiş QHT sədri Artur Osipyan Tiqran Petrosyan, Kristin Lalayan və daha bir neçə nəfərlə birləşərək, etiraz aksiyası keçiriblər. Onlar Xankəndinin “polis rəisi”nin və daha bir neçə “nazir”in istefa verməsini tələb ediblər.

Erməni mediasının yaydığı xəbərə görə, belə vəziyyət Arayik Harutyunyan da ürəyincə olub. Çünki o, bir müddət idi Paşinyanın təlimatına əsasən komandasının bəzi üzvlərindən yaxasını qurtarmağa çalışırdı. Həmin məlumata görə, dünən Xankəndidə aksiya keçirən Osipyan və dəstəsi qondarma maliyyə, dövlət, xarici işlər “nazirlərinin” və “polis rəisi”nin istefasını tələb ediblər.

Məlumatda qeyd edilir ki, Xankəndinin hazırkı “polis rəisi” Cəlal Arutyunyanın qardaşı Artem Arutyunyandır. “Nikol Paşinyanın Cəlal Arutyunyanla müəyyən problemləri var, onu öz nəzarətində saxlamağa çalışır. Çünki Arutyunyan müharibə dövründən Paşinyana qarşı çıxış edir. Artak Beqlaryanın da hədəfə alınması üçün səbəb var. Ona görə ki, o, Ermənistan ümumerməni fondunun idarə heyətinin son iclaslarından birində Nikol Paşinyana qarşı çıxıb. Davit Babayana gəlincə, sonuncu da Ermənistan hakimiyyətinin qara siyahısındadır. Heç kimə sirr deyil ki, Davit Babayan qatı rusiyapərəstdir və mütəmadi olaraq ictimai müsahibələrində Qərbin əleyhinə danışır. Üstəlik, o, Qarabağ üçün qırmızı xətlərin olduğunu, yəni Azərbaycanın bir hissəsi olmağın mümkünsüzlüyünü dəfələrlə bəyan edib”.

Məlumatı yayan “Fakt” qəzeti qeyd edir ki, Arayik Harutyunyan hazırkı mərhələdə Babayan və Beqlaryanın getməsini istəmir. Bunu da onunla əsaslandırır ki, separatçıbaşı sözügedən adamları öz kadrı bilir. “Maliyyə nazirinə gəlincə, Paşinyan hesab edir ki, Qqarabağa ayrılan pulları özü idarə etməlidir. Çünki o hesab edir ki, həmin pulları kimlərsə yeyir. Lakin Paşinyan nə Harutyunyanın, nə də İcevanlı Hayk Xanumyanın getməsini qəti istəmir. Ona görə ki, hər ikisi onun əlinin altında daha rahatdırlar. Digərləri isə gedəcəklər, onları isə sözəbaxan və İrəvanın dediklərini qyed-şərtsiz həyata keçirən hayxanumyanlarla dolduracaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button