GündəmManşet

Xankəndidə təcili yığıncaq: Separatçıların “sui-qəsd” isterikası

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan bu gün təcili olaraq, qondarma rejimin “milli təhlükəsizlik xidməti”nin “əməkdaşları” ilə iclas keçirib. JAMAZ.İNFO xəbər verir ki, görüşün başlıca məqsədi separatçılar üçün son zamanlar yaranmış daxili və “xarici” təhlükələr məsələsinin müzakirəsi olub.

Harutyunyan quyruqbulayanlarına göstəriş verib ki, onları gözləyən risk və təhlükələrlə bağlı daha təsirli tədbirlər görsünlər.

Qeyd edək ki, son günlər Qarabağda yerləşmiş separatçılar ciddi qorxu içindədirlər. Belə ki, onlar özlərinə qarşı hər hansı bir riskin olduğunu qeyd edirlər. Bu risklər isə müxtəlif aspektdən izah edilir. Məsələn, bu gün Xankəndidə gizli çəkiliş aparılması ilə əlaqədar isterika yaşanıb. Qondarma rejimin “polis”i bununla bağlı dərhal araşdırmalara başlayıb.

Eyni zamanda, Arayik Harutyunyanın qulbeçəsi, özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan bir neçə gün əvvəl bəyan etmişdi ki, Qarabağdakı separatçıların rəhbərləri “hədəf”dədir və onlara qarşı “sui-qəsd” ola bilər.

Həmçinin bir neçə gün əvvəl qondarma rejimin “kəşfiyyat”çılarından biri olan “polkovnik” Segey Mirzoyanın Hadrut yaxınlığında Ordumuza qarşı təxribat zamanı öldürülməsi məsələsi də separatçıları ciddi əndişəyə salıb. Onlar hər yerdə izlənildiklərini, həyatlarının təhlükədə olduğunu və Azərbaycana qarşı çıxacaq güclərinin qalmadığını etiraf edirlər. Hələlik bölgədəki rus sülhməramlıları hesabına bir qədər toxtaqlıq tapmalarının da heç bir xeyri olmadığını yavaş-yavaş anlayırlar.

Bildirək ki, Azərbaycan tərəfinin Qarabağdakı erməni separatçılarına qarşı hər hansı bir sui-qəsd planı hazırlaması barədə deyilənlər inandırıcı görünmür. Çünki rəsmi Bakının Qarabağdakı terrorçuları öldürmək kimi bir məqsədi olsaydı, bunu çoxdan edərdi. Həm də buna heç gərək də yoxdur. Ona görə ki, öz daxillərində yetərli qədər sui-qəsdçiləri var. Lakin onların həbsinin həyata keçirilməsi üçün zəruri olan addımları atıldığı sirr deyil. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkəni parçalamaq istəyən həmin adamlar həbs oluanaraq, məhkəmə qarşısına çıxarılacaq.

Bu dəqiq məsələdir ki, separatçıların öz aralarında da dərin ixtilaflar var. Və bu səbəbdən də öldürülə biləcəklərini düşünürlər. Məsələn, bölgədəki qeyri-qanunu silahlı dəstələrin Harutyunyana tabe olmadığı, ona müxalif olduqları gizli məsələ deyil. Məsələn, Alik adlı “batalyon komandiri” hələ müharibə yenicə başa çatan dövrlərdə bəyan etmişdi ki, o, Arayik Harutyana qarşıdır. Hətta Ağdam və Xocavənd istiqamətlərindəki terrorçu qruplarını ərazidən çıxarmaq istəmirdi. Vitali Balasanyan da Harutyunyana qarşı olanlardan biri hesab olunur. O uzun müddətdir Qarabağdakı erməni separatçılarının başına keçmək istəyir.

Təbii ki, ermənilər ənənəvi olaraq, baş verən istənilən hadisəni Azərbaycanın üzərinə atmaqda mahirdirlər. Bu məsələni də bir şəkildə Bakının üzərinə atmaq barədə düşünürlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button