ManşetMedia

 XİN “Azərtac”ın müxbiri barədə nə yazıb? – Qalmaqallı məhkəmə prosesi

“Azərtac”ın keçmiş əməkdaşı Aygün Əliyevanın apellyasiya şikayəti təmin olunmayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalistin özü bildirib.

Onun sözlərinə görə, hələ məhkəməyə çatmamış ona zəng gəlib ki, şikayəti təmin edilməyəcək. Zəng edən şəxs (jurnalist həmin şəxsin adını açıqlamayıb-red) bunu artıq Aygün Əliyevanın yerinə təyinat olması ilə izah edib. Həmçinin əlavə edib ki, “Azərtac”ın rəhbəri Aslan Aslanov Aygün Əliyevanı az qala “vətən xaini” kimi təqdim edib.

Jurnalist bildirib ki, məhkəmə iki maraqlı məqamla yadda qalıb: “İlk məhkəmədə mənim guya Prezident Administrasiyası tərəfindən sifarişlə çıxarıldığımı iddia edən, hətta saxta məktub tərtib edən rəhbərliyim bu dəfə Azərbaycan Xarici İşlər Nazirliyinə və əvvəl Xarici İşlər nazirinin müavini olan,  Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənova istinad etdilər. Bununla bir daha sübut etdilər ki, əvvəlki iddiaları ağ yalan idi. Guya 2010-cu ildə Ramiz Həsənov (?) mənimlə bağlı məktub yazıbmış. Mən onda Bakıda adi müxbir idim, XİN nə vaxtdan ölkədəki müxbirlərdən məktub yazır? Onu belə əsaslandıra bilməyən qarşı tərəfin vəkili dəfələrlə hakimə onun hansı qərar verməli olduğunu xatırlatdı.

Hakim isə, bizə qarşı olduqca kobud, aqressiv davranaraq qarşı tərəfə tərəf olduğunu az qala gözümüzə soxdu. Belə qalmaqallı işdə açıq olan uyuşmazlıqları görməzdən gəlmək üçün yəqin Məmməd Məmmədov adlı hakim olmalısan”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button