GündəmManşet

Xocavənddəki erməni postlarından və Amaras monastrından qondarma “DQR”in “bayraqları” yığışdırılıb

Dünən səhər saatlarında Azərbaycan Ordusunun bölmələri Xocavənd rayonunun Cütçü kəndi istiqamətində döyüş mövqelərini 1200 metr irəli çəkiblər. JAMAZ.İNFO xəbər verir ki, kəndin yaxınlığında səngər qazan hərbçilərimiz barədə bölgədəki rus sülhməramlılarına məlumat verilib.
Məlumatda deyilir ki, ermənilərin xəbərindən sonra bölgəyə gələn rus sülhməramlılarının nümayəndəsi, general Yeqorov danışıqlar aparıb. Bu danışıqlardan sonra Azərbaycan Ordusunun əvvəlki mövqelərinə geri döndüyü bildirilir.
Məlumata görə, hazırda Azərbaycan Ordusunun mövqeləri ilə Cütçü kəndi arasında 2.5 km məsafə var.
Ən maraqlı məqam isə odur ki, Azərbaycan tərəfi Cütçü kəndində yerləşən qanunsuz erməni silahlı birləşmələrinin postunun ləğv olunmasını və orada qaldırılmış Qarabağın əski parçasının (“bayraq”) yığışdırılmasını tələb edib. Eyni zamanda, kəndin yaxınlığında yerləşən Amaras monastrındakı qondarma “bayrağın” da endirilməsi tələb olunub. Rus sülhməramlıları əvvəlcə məsələdən yayınmaq istəsə də, Azərbaycan tərəfinin israr etməsini, habelə endirilməyəcəyi təqdirdə bunu əsgərlərimizin edəcəyi xəbərdarlığı qarşısında aciz qalaraq, qondarma “DQR”in əski parçalarının yığışdırılması barədə göstəriş verib və “bayraqlar” götürülüb. Amma yerinə Ermənistanın bayrağı qoyulub. Ki, bununla da bağlı narazılıq yaranıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button