GündəmManşet

Yeni Laçın yolu avqustun 5-i açılır: Laçın və Zabux boşaldılır: sərhəddə NBM tikilir

Xəbər verildiyi kimi, dünən Qarabağdakı separatçılar bir araya gələrək, son günlər baş verənləri müzakirə ediblər. JAMAZ.İNFO xəbər verir ki, separatçıların rəhbəri Arayik Harutyunyan bildirib ki, Azərbaycan tərəfi bölgədəki müvəqqəti sülh missiyasını həyata keçirən rus hərbçilərindən tələb edib ki, qısa müddətdə yeni Laçın yolundan istifadə üçün hazırlıqlara başlasınlar.

Qeyd edək ki, bu məsələdən sonra Qarabağdakı rus sülhməramlılarının komandanı Volkov dünən Xankəndinə gəlib. Lakin onun Azərbaycan tərəfi ilə apardığı danışıqların heç bir nəticəsi olmayıb.

JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarından etibarən Laçın şəhərini və Zabux qəsəbəsini, habelə köhnə Laçın yolu üzərindəki yaşayış məntəqələrinin bir çoxunun əhalisinin çıxarılmasına start verilib. Xankəndi və İrəvandan göndərilmiş avtomobillərlər ermənilər ərazidən çıxarılır. Zabuxda yaşayan ermənilər hələlik Xankəndinə aparılır. Laçın şəhəri və Sos kəndində olan ermənilər isə Ermənistana göndərilir.

“Hraparak” qəzetinin yazdığına görə, Laçın yolunun bağlanması an məsələsidir. Hətta erməni nəşri bunun üçün konkret vaxt qoyduğunu da iddia edib. Qəzetin yazdığına görə, avqustun 5-də Putin-Ərdoğan görüşü günü Azərbaycan tərəfi yolu bağlamaq niyyətindədir.

Erməniləri çıxılmaz vəziyyətə salan təkcə, yeni Laçın yolunun istifadəyə verilməsi deyil. Həm də Ermənistan tərəfinidən Azərbaycan sərhəddinə, oradan da yeni Laçın yoluna birləşəcək hissənin inşasına dünən başlanmasıdır. Mütəxəssislər deyirlər ki, erməni tərəfinin yolun özünə aid olan hissəsini çəkib, təhvil verməsi üçün ən azı 6 ay vaxt lazımdır. Bu da Qarabağdakı ermənilərin Ermənistana getməsinə, habelə Ermənistandan ermənilərin Qarabağa gəlməsinə ciddi maneə hesab olunur.

Ermənistan parlamentinin üzvü Tiqran Abramyan bildirib ki, Azərbaycanın yeni Laçın yolunu istifadəyə verməsindən sonra Laçın, Zabux və Sus yaşayış məntəqələrinə gedən hissədə, yəni Ermənistanla sərhəddə Nəzarət Buraxılış Məntəqəsi tikəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button