DünyaManşet

Zəlzələ Ermənistanda dağıntıya səbəb olub -FOTO

Xəbər verildiyi kimi, dünən Gürcüstanın paytaxtı Tbilisi şəhərindən 58 kilometr aralıda yerləşən Sameba kəndi yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib. JAMAZ.İNFO xəbər verir ki, tələfat və dağıntılar barədə məlumat yoxdur. Zəlzələni Tbilisi sakinləri də hiss ediblər.

Gürcüstan rəsmiləri xəbər verir ki, ötən gecə Gürcüstanda 3,1 baldan yuxarı daha altı yeni zəlzələ qeydə alınıb.

Qeyd edək ki, yeraltı təkanlar Azərbaycanda da hiss olunub. Belə ki, ölkə ərazisində 3-3,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb. Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub.

JAMAZ.İNFO xəbər verir ki, yeraltı təkanlar Ermənistanda da hiss olunub. İlkin məlumatlara görə,  Lori, Şirak, Araqatsotn rayonlarında 4-5 bal gücündə, İrəvanda isə 3 bal gücündə hiss olunub. Lori vilayətinin Alaverdi şəhərində isə qeydə alınan zəlzələ nəticəsində bina və tikililərin divarları qismən uçub. Həmin məlumata görə, şəhərdəki köhnə evlərin eyvanlarından daşlar düşüb, yollarda qaya uçmaları baş verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button