ManşetÖlkə içi

“Zəngəzur Dəhlizi açılarsa, İran Sünikə qoşun yeridəcək”

“Əgər bəzi yerlərdə Ermənistan və Rusiyanın maraqları üst-üstə düşməsə, Azərbaycan “Zəngəzur dəhlizi”ni reallaşdırmaq imkan əldə edəcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, hazırda dəhliz məsələsinə ən çox etiraz edən tərəf İrandır. “İran Zəngəzur Dəhlizinin açılmasının qəti əleyhinədir. Onlar birmənalı olaraq bəyan edirlər ki, sərhədlərin dəyişməsi və dəhlizin açılmasına imkan verməyəcəklər. Məhz o dərəcədə qəlizdir ki, dəhliz açılarsa, İran ordusu həmin əraziyə girəcək. Hətta həmin dəhlizin eni bir metr də olsa, İran qoşunları Sünikə daxil olacaq. Hətta onların İrəvana gəlib güc yolu ilə hakimiyyəti dəyişəcəyi istisna edilmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button