ManşetMedia

Zahir Əmənov sərbəst buraxıldı: polis nəzarətinə verildi

Xəbər verdiyimiz kimi, dünən “Cənub Xəbərləri” qəzetinin baş redaktoru polsi tərəfindən saxlanılaraq, barəsində CM-in 182.1 maddəsi ilə cinayət işi açılmışdı. JAMAZ.İNFO xəbər verir ki, Zahir Əmənovun saxlanılmasına səbəb, guya, onun Masallı rayonu Sığdaş kənd icra nümayəndəsindən 1500 manat pul tələb etməsi olub.
Qeyd edək ki, bununla bağlı ölkənin tanınmış jurnalistləri DİN rəhbəri Vilayət Eyvazova müracət edərək, baş redaktorun sərbəst buraxılmasını xahiş ediblər. Onlar baş redaktorun  istintaqın gedişatına mane olmayacağına zamin durduqlarını bildiriblər. Nazirlikdən isə qeyd ediblər ki, məsələ diqqətlə araşdırlacaq və nazir bununla bağlı lazımi göstərişlər verib.
Az öncə Zahir Əmənovun vəkili Elçin Sadıqov bildirib ki, baş redator sərbəst buraxılıb. Onun sözlərinə görə, Zahir Əmənov barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.
Bildirək ki, Zahir Əmənovun həbsi kifayət qədər şübhəli hesab olunurdu. Belə ki, onun Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov haqqında sərt tənqidi yazılar dərc etməsi, barəsində sifarişli həbsin seçilməsi üçün əsaslı şübhələr yaradıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button