ManşetSosial

Zakir Fərəcov əməliyyat olunub: işdən çıxmağa hazırlaşır

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov fevralın əvvəlindən etibarən ölkəni tərk edib. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, buna səbəb Fərəcovun uzun müddətdir əziyyət çəkdiyi xəstəlikdir.

Belə ki, icra başçısı bir neçə ildir beynində yaranmış problem səbəbindən xaricdə müalicə alır. Məlumatlara görə, o, əsasən İsrail və Almaniyadakı həkimlərə üz tutur. Fevralın əvvəlində isə icra başçısı yenidən müayinə üçün Almaniyaya gedib və həkimlərin qərarına əsasən əməliyyat olunub. Hazırda vəziyyətinin stabil olduğu deyilir.

Sumqayıt İcra Hakimiyyətindəki mənbədən əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov fevralın 20-də işə çıxacaq. Xocalı Faciəsinin ildönümündən sonra isə onun işdən çıxmaq üçün dövlət başçısına müraciət edəcəyi gözlənilir. Buna səbəb də səhhətinin işləmək üçün imkan verməməsi və mütəmadi olaraq həkim nəzarətində olmasıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button