ManşetÖlkə içi

Zatulindən Azərbaycana qarşı daha bir təxribat

Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Qarabağdakı separatçıları qondarma “müstəqillik günü” münasibəti ilə “təbrik” edib. JAMAZ.İNFO xəbər verir ki, bu Zatulinin ilk təxribatçı hərəkəti deyil. Bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən çıxışları ilə yadda qalıb.

Dumanın deputatı yazıb: “Mən sizi əmin etmək istəyirəm ki, Rusiyadakı bütün qayğıkeş insanlar Dağlıq Qarabağda sülh və firavanlıq tərəfdarıdırlar. Ötən illərdə öz şərəf və ləyaqətini müdafiə etmək üçün silaha sarılan insanların öz müqəddəratını təyin etmək hüququ vardır. Hamı bunu başa düşməli və Qarabağ “xalqı”na hörmətlə yanaşmalıdır”.

Konstantin Zatulin Soçi şəhərindən deputat seçilib. Həmin seçki dairəsində əsasən ermənilər üstünlük təşkil edirlər. Onların səsini qazanmaq və erməni diasporu tərəfindən yallanması səbəbindən daim erməniləri müdafiə edir, Azərbaycana qarşı isə təxribatla məşğul olur.

Zatulinin son açıqlaması birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqdır. Rusiya Dumasının deputatının dilindən belə bir ifadənin səsləndirilməsi isə qəbuledilməz və izahatı tələb olunan məsələdir. Ona görə də, Azərbaycan XİN-i bununla bağlı izahat tələb etməli, Rusiyanın ölkəmizdəki səfirini dəvət edib, ona nota verməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button