CəmiyyətManşet

Zod qızıl yatağının Ordumuzun nəzarəti altına düşdüyü deyilir: Ermənilər mədən işçilərini evekuasiya edib

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhəddində erməni təxribatları nəticəsində vəziyyət xeyli gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, bu gecə erməni tərəfi Kəlbəcər və Sədərək istiqamətlərində mövqelərimizi atəşə tutublar.

JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarından etibarən erməni tərəfi Zod kəndində yerləşən qızıl mədənində çalışan işçiləri ərazidən çıxarıb. GeoProMining Gold şirkətinin yaydığı məlumata görə, gecə saatlarından başlayan atışmanın şiddətlənməsi səbəbindən işçilərin hamısı ərazidən evekuasiya edilib. “150-yə yaxın işçi ərazidən çıxarılıb. Vəziyyət gərgin olaraq qalır”.

Qeyd edək ki, erməni mənbələri Zod mədənlərində çalışanların evekuasiya edilməsinin heç də gecə baş verən atışma ilə əlaqəli olmadığını iddia edirlər. Onlar bildirirlər ki, iyulun 23-də sərhəddə baş vermiş atışmadan sonra erməni tərəfi bir neçə ciddi mövqelərini itiriblər. Nəticədə, Zod kəndindəki (sərhəddə yerləşir) qızıl mədəni də Azərbaycan Ordusunun nəzarəti altına düşüb. Belə ki, mədəndən azca aralıda dünən gecədən etibarən Azərbaycan hərbçilərinin post qurduları deyilir.

Bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi hər hansı bir ərazinin düşməndən təmizləndiyi, Ordumuzun yeni mövqelərdə qərarılaşdığı barədə açıqlama verməyib. Lakin erməni tərəfi iyulun 23-dən etibarən həm itkilərinin olduğunu, həm də bir neçə ciddi əhəmiyyət daşıyan postlarının əldən verdiklərini bildirirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button