Media

Əfqan Muxtarlı Gürcüstanı məhkəməyə verdi

Əfqan Muxtarlı qeyd edir ki, 2020-ci ilin oktyabrında pandemiya bəhanəsilə onu Tbilisiyə buraxmayıblar: “Ötən dəfə Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze bildirib ki, parlament seçkiləri öncəsi mənim səfərim siyasi qarşıdurmaya səbəb ola bilər. Əgər hakimiyyət mənim oğurlanmağıma cəlb edilməsəydi, mənə gəlməyə icazə verərdilər”.

“Meydan” TV İnternet kanalı ilə əməkdaşlıq edən araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanıb və gizli şəkildə Azərbaycana göndərilib. Azərbaycanda onu qaçaqmalçılıq, sərhəddi qanunsuz keçmək və sərhədçiyə qarşı zorakılıqda ittiham edərək 6 il müddətinə azadlıqdan məhrum ediblər.

Avropa parlamenti, beynəlxalq hüquq-müdafiə təşkilatları Əfqan Muxtarlının həbsini pisləyiblər.  “Amnesti İnterneşnl” onu “vicdan məhbusu” kimi tanıyıb. Onun vəkilləri Gürcüstan və Azərbaycan hökumətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.

17 mart 2020-ci ildə məhkəmə Əfqan Muxtarlını vaxtından əvvəl azad edib, dərhal onu təyyarəyə mindirərək Almaniyaya yola salıblar (“Turan”).

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button