Media

Aytən Məmmədova: “Psixoloji durumum darmadağın olub”

Jurnalist Aytən Məmmədovanın ölümlə hədələnməsi hadisəsinin istintaq prosesi davam edir.
Bununla bağlı Modern.az-a jurnalist özü məlumat verib.
O qeyd edib ki, ətrafda olan kamera görüntüləri incələnir: “Deyilənə görə, ən müxtəlif istiqamətlərdə əməliyyat-istintaq tədbirləri davam edir”.
Jurnalist hadisədən sonra hər hansı yeni təhdid və ya anormal durumla qarşılaşmadığını söyləyib: “Düzü, iki həftəyə yaxındır ki, demək olar, işləmirəm. Daha doğrusu, heç işləyə də bilmirəm. İlk həftədə polis idarələrində, dindirmələrdə çox olurdum. Üstəlik, özüm də çox ciddi psixoloji travma aldım. Psixoloji durumum darmadağın olub”.
Qeyd edək ki, mayın 8-i, gecə saatlarında tanınmış jurnalist A.Məmmədovaya hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button