Media

Azərbaycanda 10 jurnalist koronavirusdan ölüb

Pandemiya başlayandan indiyə qədər Azərbaycanda 205 nəfər jurnalist COVID-19-a yoluxub, 10 jurnalist isə həyatını itirib. Bu barədə aprelin 6-da Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) məlumat verib. 

Məlumata görə, yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral -aprel ayları aralığını əhatə edir. Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göndərir.

Bildirilib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə  məlumatı ictimailəşdirənləri əhatə edir.  Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.

Məsələnin aktuallığını nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib.

Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən  kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov  bildirib ki, bununla bağlı kriteriyalar  həftə ərzində  açıqlanacaq.

APA

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button