Media

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

İctimai Televiziya və Radio Yayımları Şirkətində TV-nin baş direktoru vəzifəsinə seçki keçirilib. Qurumun yaydığı məlumatda deyilir ki, Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.

Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onların hamısı Balakişi Qasımovun lehinə səs verib.

Balakişi Qasımov ikinci dəfəfir ki, bu vəzifəyə seçilir.

İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu və Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.

B.Qasımov 1978-ci ildə Bakı şəhərində doğulub, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes üzrə menecment fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib. 2001-ci ildə isə eyni universitetin İstehsal sistemlərinin idarəedilməsi fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə magistraturasını bitirib.

İTV-nin baş direktoru seçilənə qədər “Gametv.az” prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

O, Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosiasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən, “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button