Media

Elçin Əlibəylinin verilişi irqi ayrı-seçkilikdə günahlandırıldı

“Space” telekanalına xəbərdarlıq edildi 

Audiovizual Şura iyunun 24-də keçirdiyi iclasda “Space” telekanalına xəbərdarlıq edib.

Bildirilib ki, 21 iyun 22:30-23:40 saatlarında yayımlanan “Elin sözü” verilişində “Media haqqında” Qanununun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələbləri pozulub.(https://acra.gov.az/az/xeberler/885)

Belə ki, aparıcı Elçin Əlibəyli “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf etmiş vəziyyətdə olmalıyıq”, – deyib.

Müzakirələrdən sonra Şura üzvləri “Space”in efirində ilk dəfə belə halın baş verdiyi və Elçin Əlibəylinin uzunmüddətli jurnalist fəaliyyətini nəzərə alaraq xəbərdarlıq ediblər: “Bilməyərəkdən,  xüsusi bir məqsəd olmadan, Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə açıqlamalar, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına, ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər”.

Şura həmçinin “Space”in efirində ekstrasens, parapsixoloqların fəaliyyətlərinin təbliğinə imkan yaradılması faktını da qeydə alıb. Bu da yeni “Media haqqında” Qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.

Şuranın yaydığı məlumatda qeyd olunur ki, belə hallar təkrarlanacağı təqdirdə telekanala və aparıcıya qarşı ciddi inzibati sanksiyalar tətbiq olunacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button