Media

Elnur Əşrəfoğlu vəfat etdi

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə Qaynarinfo-ya “Yeni Klinika”dan məlumat verilib.
“Həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib”, – klinikadan bildirilib.
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülmüşdü.
Allah rəhmət eləsin!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button