Media

Həbsdə olan blogerə təhlükəli xəstəlik diaqnoz qoyulub

Həbsdə olan bloger Elçin Həsənzadənin Penitensiar Xidmətin müalicə müəssisəsində müayinəsi zamanı səhhətində ciddi problemlər aşkarlanıb.  Bu barədə iyunun 14-də “Turan”a onun yaxınları bildiriblər.

Əsasən, həkimlər aortokoronar damarların daralması diaqnozunu qoyublar ki, bu da Həsənzadənin sağlamlığı üçün təhlükəli ola bilər.

Bundan əlavə, onda bağırsaq çatı və böyrək xəstəliyi aşkar edilib.

Bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.

Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb və Həsənovun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148 (təhqir) maddələrilə cəlb olunmasını tələb edib. İddiaya sosial şəbəkələrdə məmur haqda tənqidi yazılar səbəb olub.

Bundan öncə Mingəçevir məhkəməsi onların hər ikisini islah işlərinə məhkum edib, blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəzləyib.

Həsənzadə hüquq-müdafiə fəaliyyəti ilə də məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button