Media

Jurnalist canlı efirdə Rusiya hakimiyyətini biabır etdi: Ovsiyannikovanın aqibətindən xəbər yoxdur

Dünən Rusiyanın “Birinci Kanalı”nda baş verən hadisə ölkədə ciddi səs-küyə səbəb olub. Daha doğrusu, kanalın redaktoru Mariya Ovsyannikovanın hərəkəti əhali tərəfindən dəstəklənib.

JAMAZ.İNFO xəbər verir ki, dünən canlı yayımlanan “Zaman” verilişində üzərində “Müharibəyə yox. Müharibəni dayandırın. Burada aparılan təbliğata inanmayın. Sizi aldadırlar” yazılmış plakatla canlı efirə çıxan Ovsiyannikova bununlıa Rusiya hakimiyyətinin Ukraynada apardığı işğalçılıq siyasətinə etiraz edib.

Qeyd edək ki, baş verən hadisədən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalisti saxlayaraq, onu özləri ilə aparıblar. Hazırda media mənsubunun aqibətindən heç bir xəbər yoxdur.

“Rossiya 1” kanalının rəhbərliyi isə açıqlama verib ki, hal hazırda baş verən hadisə ilə bağlı xidməti araşdırma aparılır.

Paralel olaraq, kanalın yerləşdiyi “Ostankino” qülləsinin binası önünə isə insanlar yığışmağa başlayıb. Son gələn xəbərlərə görə, insanlar Mariya Ovsiyannikovanı dəstəkləmək məqsədi ilə qüllənin qarşısına toplaşırlar. Əraziyə xeyli sayda polsi qüvvələri cəlb olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button